Azərbaycan Türkiyədən yeni helikopter aldı - VİDEO

Azərbaycan Türkiyədən yeni helikopter aldı - VİDEO

Türkiyənin TUSAŞ şirkəti (Türk Havaçılıq və Kosmos Sənayesi) tərəfindən istehsal olunan ATAK helikopterləri Azərbaycan və Pakistandan sonra Taylandın da diqqətini çəkib.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Taylandın Quru Aviasiya Komandanı Çaoroy Sorso Banqkokda təşkil edilən müdafiə sənayesi sərgisində iştirak edib. O, 100 pilotluq heyətlə birlikdə ATAK helikopteri ilə maraqlanıb.

Tayland nümayəndə heyəti ilə TUSAŞ rəsmiləri arasında 1 saatlıq görüş baş tutub. Görüşdə ATAK vertolyotlarının satışı ilə bağlı razılıq əldə ediblər.

Qeyd edək ki, ATAK vertolyotlarının ilk olaraq Azərbaycana satılıb. Ölkəyə 60 ədəd helikopter gətirilib. Bununla bağlı Türkiyə və Azərbaycan arrasında 3 milyard dollarlıq müqavilə imzalanıb.

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 528 Tarix: 14.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol