Yol hərəkəti təhlükəsizliyinin təmin olunması mövzusunda tədbir keçirilib - FOTOLAR

Yol hərəkəti təhlükəsizliyinin təmin olunması mövzusunda tədbir keçirilib - FOTOLARYol hərəkəti təhlükəsizliyinin təmin olunmasına ictimai dəstək" layihəsi çərçivəsində yekun tədbir keçirilib Noyabrın 11-də «Ailə və Ətraf Mühit» İctimai Birliyinin Azərbaycan
Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına ictimai dəstək" adlı layihə çərçivəsində yekun tədbir keçirilib.

BiG.AZ xəbər verir ki, layiə rəhbəri Elşad Allahverdiyev bildirib ki, müvafiq təcrübəyə malik olan şəxslərdən formalaşdırılmış işçi qrup, tərəfdaş qurumlar olan Bakı Nəqliyyat Agentliyi və "BakuBus" MMC-nin əməkdaşlarından ibarət ekspertlər və təşkilatın fəaliyyətinə kömək edən könüllülər tərəfindən layihə çərçivəsində Bakı şəhərinin mərkəzi ərazilərində, ayanacaqlarda, piyadaların çoxluq təşkil etdiyi keçidlərdə və avtobuslarda reydlər keçirilib, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə məlumatlandırıcı broşurlar və bukletlər paylanılıb, fərdi avtomobil və taksi sürücüləri və digər yol hərəkəti iştirakçılarına yol hərəkəti təhlükəsizliyi və ictimai nəqliyyatdan istifadə qaydaları ilə bağlı zəruri məlumatlar çatdırılıb, onlara yol hərəkəti zamanı davranış qaydaları əyani şəkildə izah olunub.

İşçi qrup və könüllülər Bakı şəhəri Nəsimi, Yasamal, Binəqədi və Səbayel rayonlarında yerləşən bir sıra orta məktəblərdə olub, auditoriyalarda şagirdlərlə geniş söhbət aparıblar. Onlara yol hərəkəti qaydaları, yeraltı və yerüstü keçidlər, ictimai nəqliyyatdan istifadə və
davranış qaydaları haqqında məlumatlar əks olunmuş çap materialları paylanılıb. Uşaqlar üçün xüsusi olaraq hazırlanmış bu materiallarda onların yaş səviyyəsinə uyğun olaraq qanunvericiliyə uyğun yol hərəkəti qaydaları, şəkillər, işarələr və qaydalar əks olunub.
Eyni zamanda, layihənin həyata keçirildiyi müddətdə mətbuatda və sosial şəbəkələrdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici yazılar, çarxlar və layihənin icrası ilə bağlı məlumatlar geniş ictimaiyyətə çatdırılıb. Tədbirdə çıxış edən "BakuBus" MMC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev bu kimi sosial aksiyaların
əhəmiyyətindən danışıb. Bildirib ki, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən bu layihədə məqsəd məktəblilərə ictimai nəqliyyatdan, həmçinin "BakuBus" avtobuslarının xidmətlərindən təhlükəsiz və rahat istifadə qaydalarını öyrətmək, həmçinin, nümunəvi, ictimai fəal sərnişin keyfiyyətlərini aşılamaqdır. M.Piriyev vurğulayıb ki, təmsil etdiyi qurum mütamadi olaraq piyadaların və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, sərnişinlərə öz ictimai və vətəndaş öhdəlikləri və hüquqları haqqında məlumatların verilməsi ilə bağlı maarifləndirici tədbirlər
həyata keçirir.

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev ictimai nəqliyyatda aparılan maariflənmə işlərini, bu sahəyə ictimai birliklərin, QHT-lərin birgə qoşulmasını müsbət addım kimi dəyərləndirib. Bildirib ki, BNA-da bu sahədə bir sıra maarifləndirmə tədbirləri həyata keçirir. Agentlik hərəkət iştirakçılarının maarifləndirilməsi çərçivəsində bir sıra maarifləndirici videoçarxlar hazırlayıb. Həmçinin paytaxtda tıxac probleminin həlli istiqamətində müxtəlif küçə və prospektlərdə hərəkətin təşkili ilə bağlı Nazirlər Kabinetinə təkliflər verib.

Tədbir sual cavab və fikir mübadiləsi formasında davam etdirilib. Sonra layihə çərçivəsində iştirak edən könüllülərə "Ailə və Ətraf Mühit" İctimai Birliyi tərəfindən sertifikatlar verilib.
"Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına ictimai dəstək" layihəsinin əsas məqsədi ictimai nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli və cəmiyyətə qarşı daha qayğıkeş olmağa səsləmək, piyadaların və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, piyadaları özlərinin və başqalarının təhlükəsizliyi məqsədilə daha məsuliyyətli olmağa çağırmaq, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə öz ictimai və vətəndaş öhdəlikləri və hüquqları haqqında məlumat vermək, orta məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin yol təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılığını
artırmaqdır.

Yol hərəkəti təhlükəsizliyinin təmin olunması mövzusunda tədbir keçirilib - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 633   Tarix: 13 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

10:00 730
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

16:10 157
.

İsrail ordusu Qərb sahilində 3 fələstinlini yaraladı

İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebron şəhərində hücum edib. BİG.AZ xəbər verir ki, hadisə zamanı 3 fələstinli yaralanıb. Bu barədə Fələstin Qırmızı Ayparası məlumat yayıb. 3 fələstinli Xevron şəhəri yaxınlığındakı Beit Amr və Halhul bölgələrində İsrail əsgərlərinin gülləsi ilə yaralandıqda

14:10 102
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

14:04 176
.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

15:27 220
.

"Pərvinin şanssızlığı azərbaycanlı rejissorların əlinə düşməsidir"

"Akytor kimi deyirəm ki, Azərbaycanda Pərvin görünüşündə 2-ci belə effektli aktrisa yoxdur". OLAY yazır ki, bu sözləri -un "Gəl danış" layihəsində Akademik Milli Dram teatrın aktyoru Cavidan Novruz söyləyib. "Çox düşünmüşəm ki, görəsən Pərvini kimsə əvəz edə bilər? Amma görmüşə

17:52 232
.

Yamayka Fələstini dövlət kimi tanıyıb

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb. xəbər verir ki, bu barədə Yamaykanın xarici işlər naziri Kamina Conson Smit bildirib. "Yamayka uzun müddətdir davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafi

20:30 0
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

20:30 0
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. BİG.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfat

20:19 26