"Xal itirə bilərdik" - Almaniya millisinin baş məşqçisi

"Xal itirə bilərdik" - Almaniya millisinin baş məşqçisi"İlk matçda böyük hesabla qalib gəlməyimizə baxmayaraq, bu oyuna ciddi hazırlaşmışdıq. Azərbaycan millisi öz meydanında yaxşı çıxış edir. Bu görüşdə xal itirə bilərdik. Buna görə, matça yaxşı köklənmişdik. Məşqçi kimi komandamın böyük hesablı qələbə qazanmasına görə şadam".

BiG.AZ apasport.az-a istinadən xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Almaniya millisinin baş məşqçisi Stefan Kuntz deyib.

Bu gün 21 yaşadək futbolçular arasında AVRO-2019-un seçmə mərhələsində növbəti oyunlara start verilib. Almaniya yığması ilə qarşılaşan komandamız 0:7 hesablı darmadağına üzülüb.

Matçdan sonra "bundestim"in çalışdırıcısı fikirlərini bölüşüb: "Matçın ilk dəqiqələrində qol vurduq. Komandam verdiyim tapşırıqları tam yerinə yetirdi. Futbolçularmın oyunundan tam razı qaldım".

- Futbolçu kimi karyeranız ərzində ən böyük uğuru 21 il əvvəl, Almaniya millisinin heyətində Avropa çempionu olarkən qazanmısız. Həmin vaxt baş məşqçiniz olan Berti Foqts uzun müddət Azərbaycan yığmasına rəhbərlik edib. O, ölkəmizdə çalışdığı zaman tez-tez Azərbaycanın futbol yox, şahmat ölkəsi olduğunu deyirdi. Millimizə 2 oyunda 13 top vurduqdan sonra sabiq baş məşqçinizə haqq qazandırırsız?
- Mən şahmat oynaya bilmirəm. Ona görə, deyə bilmərəm burda necə şahmatçılar var (gülür). Hər bir rəqibə hörmətlə yanaşıram. Buna görə, rəqibin oyununu qiymətləndirmək istəməzdim.

- Bu gün Azərbaycan millisindən nə gözləyirdiz?
- Azərbaycan millisi bu gün ürəklə mübarizə apardı. Əsasən, standart vəziyyətlərdə təhlükə yarada bilirdilər.

- İlk oyunda 6:1 hesabıyla qalib gəlmişdiz. Adətən, belə oyunlardan sonra futbolçular matça köklənmədə əziyyət çəkirlər. Bu oyundan sonra komandanızı Bakıdakı qarşılaşmaya necə kökləyə bildiz?
- Komandamın üzvlərinin çoxu peşəkar futbolçulardı. Məsələn, Dahud "Borussiya"da tez-tez şans qazanır. Onların bir çoxu 80 min azarkeş qarşısında oynayıblar, 100 azarkeş qarşısında da eyni mübarizə aparmalıydılar. Buna görə, futbolçuları bu oyuna kökləmək üçün xüsusi nəyəsə ehtiyac olmadı.

- Stadiondan razı qaldız?
- Meydança əla vəziyyətdə idi. Paltardəyişmə otaqları da təmiz və yaxşı vəziyyətdə idi. Dünən məşqdən əvvəl meydançanın sulanmasını xahiş etmişdim. Dərhal yerinə yetirdilər. Buranın insanları çox gülərüzlü və səmimidilər.

- Sizcə, Renat Dadaşov Almaniyanı Azərbaycana dəyişməklə səhv etməyib ki?
- Renat barəsində məlumatım azdı. Onu bu gün ilk dəfə gördüm. Belə oyundan sonra onun barəsində nə isə fikir bildirmək çətindi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1044   Tarix: 09 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub. Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşm

04.09.2021 1053
.

Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo

28.08.2021 1373
.

Tokio-2020-də 219 nəfər koronavirusa yoluxub

Tokio-2020 Paralimpiya Oyunlarında COVID-19-a yoluxanların sayı 219-a yüksəlib. Unikal.org-a istinadən xəbər verir ki, oyunlar çərçivəsində son sutkada daha 22 nəfərdə koronavirus aşkar edilib. Həmin şəxslər karantinə alınıblar. Qeyd edək ki, 160 ölkədən 4 440-ə yaxın idmançının 22 növdə yarışdığı Tokio-202

28.08.2021 476
.

Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO

Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd

27.08.2021 1005
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

Paralimpiya Oyunları: Azərbaycan atleti qaçışda finişə gəlib çıxmadı

Tokioda keçirilən Paralimpiya Oyunlarında Azərbaycan atleti finişə çata bilməyib. Atletikanın 100 metr məsafəyə qaçış yarışlarında T13 kateqoriyasında yarışan idmançımız Elmir Cəbrayılov finala çıxmağı bacarmayıb. Belə ki, o, təsnifat mərhələsinin qrupunda beş nəfərin yarışdığı mübarizədə finişə gəli

29.08.2021 912
.

Taekvondoçularımız üç gümüş medal qazandılar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi

27.08.2021 665