Müşfiq Şahverdiyev: "İlk qala gecəsi Türkiyədə baş tutacaq" - FOTOLAR

Müşfiq Şahverdiyev: "İlk qala gecəsi Türkiyədə baş tutacaq" - FOTOLARYaxın zamanlarda işıq üzü görəcək filmlərdən biri də "Artlemma" film şirkətinin istehsalı olan "O kuş buraya gelecek" filmidir.

BiG.AZ-a açıqlama verən Müşviq Şahverdiyev bildirib ki, bu filmə maraq olduqca böyükdür: "Bu ilin sonuna kimi iki filmimizin qalası gözlənilir. "Kəklikotu" və "O kuş buraya gelecek". İkinci filmin qalası yanvar ayına qədər uzana bilər. Həmin film türklərlə ortaq olaraq çəkilib. Bildiyiniz kimi orada Ufuk Özkan, Mehtap Bayri kimi tanınmış aktyor və aktrisalarla çalışmışıq. Hər iki filmin uğur qazanacağına inanıram. Əlbəttə, istəyərəm ki, "O kuş buraya gelecek" filmi çox sevilsin və baxılsın. Çünki bu film həm də Türkiyədə nümayiş olunacaq. Hər aktyor istər ki, ölkəsindən kənarda tanınsın. Bu film mənim üçün dəhliz rolunu oynaya bilər. İlk qala gecəsi Türkiyədə baş tutacaq, sonra Azərbaycanda. Özümə o qədər güvənirəm ki, o filmdən sonra yeni təkliflərin olacağına inanıram. Çünki bütün gücümü qoymuşam".

Aktyor daha sonra hazırda yeni bir filmin üzərində işlədiyi mesajını da verdi: ""Niyə 3" filminin çəkilişlərinə başlamışıq. Amma bu dəfə adını dəyişəcəyik, lakin obrazlar qalacaq. Çünki rəhbər şəxslərlə məsləhətləşəndən sonra belə qənaətə gəldik ki, niyələrə həmişə cavab tapmaq olmur. Filmin müəllifi Fariz Əliyev təklif verdi ki, filmin adı "Ağ tük" olsun. Burada da Asimanla İsabalanın şansından söhbət gedir. Mart ayında bu filmin qala gecəsi planlaşdırılır. Bu filmdə yeni bir nəfəs var. Bundan qabağki filmdən 20 dəfə güclü film olacaq. Birinci "Niyə" ilə ikinci arasında 10 il vaxt olmuşdu. İnanıram ki, bu filmdə komanda olaraq çox yaxşı iş ortaya çıxaracayıq. Film tam olaraq ailə filmidir və sevdiklərinizlə rahat şəkildə izləyə biləcəksiniz. 18+ və digər vulqar səhnələr yoxdur".

Son olaraq Müşviq aparıcılıq etməsinə də toxunub: "Heç vaxt aparıcılıq etməmişdim. Xəzər TV-də "Ailələr yarışır" adlı verilişin aparıcısıyam. Maraqlı məqam da odur ki, "O kuş buraya gelecek" filmindəki tərəf müqabilim Ufuk Özkan da mənim kimi öz ölkəsində eyni verilişin aparıcısı olub. Filmin setində bunu bildik və çox maraqla qarşıladıq. Mən sadəcə bu sahədə özümü sınayıram, heç vaxt özümü professional aparıcı hesab etmirəm. Sadəcə olaraq bu da maraqlı sahədir və təklif gəldi, qəbul etdim".

Müşfiq Şahverdiyev: "İlk qala gecəsi Türkiyədə baş tutacaq" - FOTOLARMüşfiq Şahverdiyev: "İlk qala gecəsi Türkiyədə baş tutacaq" - FOTOLARMüşfiq Şahverdiyev: "İlk qala gecəsi Türkiyədə baş tutacaq" - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2232   Tarix: 08 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147