"Onun oyunundan narazı qaldım" – Samir Əliyev

"Onun oyunundan narazı qaldım" – Samir Əliyev"Hər oyun bizim üçün təcrübədi".

BiG.AZ apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Samir Əliyev deyib.

Azərbaycan Premyer Liqasının XI turunda "Qəbələ"nın qonağı olan paytaxt təmsilçisi 1:3 hesabı ilə uduzub.

Matçdan sonra mətbuat konfransı keçirən Samir Əliyev məğlubiyyəti şərh edib: "Çoxdandı səfər oyunu keçirmirdik. Düzdü, 3 qol buraxdıq. "Qəbələ"nin daha çox təzyiq edəcəyini gözləyirdim. Rəqib qapımıza 4, ya 5 zərbə endirdi ki, onun da 3-dən istifadə etdi".

- Nurlan Novruzov əvəzlənən epizodda ona sərt etiraz etdiz...

- Nurlan hələ ki, istədiyimizi vermir. Onun oyunundan narazı qaldım.

- "Qəbələ" boşluqlar versə də, bundan istifadə edə bilmədiz...

- Bəli, rəqibin boşluqları çox oldu. Ancaq istifadə edə bilmədik.

- Son oyunlarda Amit Quluzadə yaxşı oyun sərgiləsə də, bu gün meydanda yox idi...

- Amit zədəlidi. "Qarabağ"la oyunda zədələnib. Buna görə, bu gün meydana çıxa bilmədi.

- "Səbail" əvvəlki oyunlarda daha sürətli görünürdü...

- Çalışırıq ki, sürətli oyun keçirək. Ancaq "Qəbələ" kimi komandalarla matçda bu elə də alınmır. Məncə, bu cür rəqibə qarşı oyunumuz normal idi. Komandamın oyunundan razı qaldım.

- Murad Ağayev mərkəzdə çox top itirirdi. Razısızmı?

- Əsas o idi ki, ötürməni dəqiq verəsən. Bilirdik ki, standart vəziyyətlərdə problemimiz olacaq. Rəqibin oyunçuları bizdən ucaboydu.

- Bu gün "Qəbələ" güclü oynadı, yoxsa siz?

- Rəqibin daha çox hücumunu gözləyirdik. Fikrimcə, biz daha yaxşı təsir bağışladıq. Qapımız qarşısında çox təhlükəli vəziyyət yaratmadılar. Sadəcə, ustalıq öz sözünü dedi.

- Qışda dəyişiklik gözlənilir?

- Bizim müəyyən büdcəmiz var. Çalışırıq, ona uyğun oyunçular cəlb edək. Heyətimizdə gənclər çoxdu. Azərbaycan futboluna yeni futbolçular qazandırmaq fikrindəyik.

- Komandada gənc oyunçu deyəndə, kimləri nəzərdə tutursuz?

- Vüqar Nadirov və Popoviçini çıxsaq, komanda çempionatda ən gəncdi. Bizim komandamız ancaq Bakıda çıxış edib. Belə oyunlar çox keçirməliyik ki, təcrübə toplayaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 912   Tarix: 04 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14.04.2024 178
.

"Qarabağ" futbolçularına görə heç bir klubdan təklif almayıb

"Qarabağ" heç bir futbolçusuna görə təklif almayıb. Bu barədə "Report"a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. O, adları Türkiyə klubları ilə birgə hallanan oyunçularla bağlı kluba müraciət daxil olmadığını bildirib:. "Biz də bu xəbərləri mediadan oxuyuruq

29.03.2024 437
.

"Barselona"nın futbolçusu Çempionlar Liqasının tarixinə düşüb

"Barselona" klubunun gənc müdafiəçisi UEFA Çempionlar Liqasının tarixinə düşüb. Bu barədə məşhur futbol jurnalisti Fabritsio Romano məlumat verib. Belə ki, kataloniyalıların 17 yaşlı müdafiəçisi Pau Kubarsi ÇL-in dörddəbir final mərhələsində meydana çıxan ən gənc futbolçu olub. İspaniyalı müdafiəç

11.04.2024 399
.

"Fənərbağça" rəhbərliyindən meydanı tərk edən U19 komandasını sevindirəcək sürpriz

"Fənərbağça"da tarixi Superkubok etirazının əks-sədaları davam edir. Meydandan çıxmaq qərarının arxasında duran "sarı-lacivərd"lərin rəhbərliyi U19 komandasını mükafatlandırmaq qərarına gəlib. Bunun üçün rəhbərlik Şanlıurfaya yollanacaq. Superkuboku qazanan gənc futbolçulara mövsümdə

09.04.2024 412
.

Karlos Sayns "Formula-1" Avstraliya Qran Prisinin qalibi olub

"Ferrari" komandasının ispaniyalı pilotu kiçik Karlos Sayns Avstraliyada "Formula-1" çempionatının üçüncü mərhələsinin qalibi olub. Yarış Melburndakı Albert Park trekində baş tutub. Onun moneqasklı komanda yoldaşı Şarl Lekler ikinci yeri tutub. İlk üçlüyü "Maklaren"dən britaniyal

24.03.2024 314
.

"Real"ın oyunçusu La Liqada mart ayının ən yaxşısı seçilib

İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Junior La Liqada mart ayının ən yaxşı futbolçusu seçilib. "Report" xəbər verir ki, 23 yaşlı braziliyalı martda keçirdiyi 3 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Vinisiusun mükafat uğrunda rəqibləri "Barselona"nın hücumçus

30.03.2024 309
.

"Qurban Qurbanov instaqram nədir, onu da bilmir"

"Qurban Qurbanovun göstərdiyi nəticələr elə nəticələrdir ki, onu qarşımıza hədəf kimi qoymuruq. İstər Türkiyə, istər Rusiya, Niderland, istərsə də, Belçika məşqçiləri olsun, onlar bu uğuru təkrarlaya bilməzlər". "Qafqazinfo" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşa

04.04.2024 585
.

"Qarabağ"ın futbolçusu hakimi söydüyü üçün cəzalandırıldı

UEFA "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevi iki oyunluq cəzalandırıb. "Report"un əldə etdiyi məlumata görə, buna 23 yaşlı cinah müdafiəçisinin Bakıda "Braqa"ya qarşı keçirdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) hakimi söyməs

26.03.2024 513
.

"Transfermarkt" 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların adını açıqlayıb

Nüfuzlu "Transfermarkt" internet portalı 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların reytinqini dərc edib. Bu siyahıya "Bavariya"nın ingilis hücumçusu Harri Keyn başçılıq edir. "Transfermarkt"a görə 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçular:. 1. Harri Key

13.04.2024 204