Türmədə qiyam qalxdı: Məhbuslar yoxlanışa gələnlərlə üz-üzə

Türmədə qiyam qalxdı: Məhbuslar yoxlanışa gələnlərlə üz-üzə

Ermənistan Ədliyyə Nazirliyinin Gorus islah-əmək müəssisəsində məhbuslar yataq dəstlərini yandırıb, kameraların qapılarını sındırıblar.

BiG.AZ erməni mətbuatına istinadən xəbər verir ki, hadisə oktyabrın 31-də gecə saatlarında olub.

Ermənistan İstintaq Komitəsi və İslah-Əmək Müəssisəsi əməkdaşlarının keçirdiyi yoxlama zamanı saxlanılanlar və məhkumlar arasında münaqişə yaranıb. Onlar kameraların qapılarını sındırıb, bir-birilərini təhqir etməyə başlayıblar. Məhbusların bəziləri yanan yataq ləvazimatlarını və məişət əşyalarını kameranın pəncərəsindən bayıra atıblar.

Məhbuslar və saxlanılanlar arasında xəsarət alan və ölən olmayıb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3055 Tarix: 01.11.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 14.06.2018
ermənistandır da nə olacaq
Dalğaların arasında qərq olub yetim qalmış damcılarla məhv olmaq kimi idi bu.


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər