Elvin Babazadə sevdiyi xanıma mahnı həsr etdi: "Xatirə" - VİDEO

Elvin Babazadə sevdiyi xanıma mahnı həsr etdi: "Xatirə" - VİDEO

Müğənni Elvin Babazadənin yeni lirik mahnısı işıq üzü görüb.

"Xatirə" adlanan mahnı sözün əsl mənasında bu payızın lirikası adlana bilər.

Xatırladaq ki, müğənninin bütün lirik mahnıları illərdir sevdiyi bir xanıma həsr olunub. Mahnının sözləri də müğənninin özünə məxsusdur. Elvin Babazadə özü də bu haqda açıqlama verib:

"Hər bir insanın xatirəsində yaşanmış bir acısı var. Düşünürəm ki, bu mahnıda hər kəs özünü tapacaq. Mən isə bu mahnı ilə keçmişdən bu yana məni acıdan hisslərə son qoymaq istəyirəm. 5 il tamam oldu və düşünürəm ki, artıq bəsdir. Təbii ki xatirələrdə yaşayacaq, mahnılarımda yaşayacaq. Onsuz da həyatıma kim gəlsə də, onu unutmayacağam. O da məni unutmasın...".

Mahnını buradan yükləyə bilərsiniz.

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2273 Tarix: 31.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol