Adele "Qremmi-2102"nin rekordçusu oldu

Ötən gün Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərində 54-cü "Qremmi" musiqi mükafatının təqdimetmə mərasimi təşkil edilib. Britaniyalı müğənni Adel altıqat, Amerikanın "Foo Fighters" qrupu isə "Qremmi" mükafatının beşqat laureatı oldu.

Adele "Ən yaxşı mahnı" (Rolling in the Deep), "İlin ən yaxşı səsyazması" (Rolling In The Deep), "Pop-musiqi janrında ən yaxşı solo kompozisiya" (Someone Like You), "Ən yaxşı pop-albom" (21), "Ən yaxşı pop vokal albom (21), "Ən yaxşı qısa musiqili video", nominasiyalarında seçilib.

"Foo Fighters" qrupu "Ən yaxşı rok-mahnı" (Walk), "Ən yaxşı rok-albom" (Wasting Light), "Ən yaxşı rok-kompozisiya" (Walk), "Hard-rok/metall janrında ən yaxşı ifa" (White Limo) nominasiyalarında mükafatlandırılıb.

Keçən il dünyasını dəyişmiş britaniyalı müğənni Emi Uaynhaus da "Qremmi"yə layiq görülüb. Onun Toni Bennetto ilə duet oxuduğu "Body and Soul" mahnısı "Ən yaxşı duet" olub. Mükafatı onun yerinə valideynləri alıb.

Müğənni Kris Braun - "R&B stilində ən yaxşı albom", Kaniye Uest - "Ən yaxşı rep-albom", Teylor Svift - "Kantri stilində ən yaxşı mahnı" nominasiyalarında fərqləniblər.

Mükafatın təqdimetmə mərasimi Uitni Hyustonun ölümünün səhəri günü keçirilib və gecə onun xatirəsinə həsr olunmuş musiqi nömrəsi ilə - Uitni Hyustonun "Cangüdən" filmində ifa etdiyi məşhur "I will always love you" mahnısının səsləndirilməsi ilə başlayıb. Şounun aparıcısı LL Kul Cey səhnədə, "Bizim ailəmizə bədbəxtlik üz verib. Böyük itki vermişik - Uitni Hyustonu itirmişik" - deyib. Mərasim iştirakçıları mahnını ayaq üstə dinləyiblər. Nəhəng ekranda isə "Cangüdən" filmindən kadrlar nümayiş etdirilib.

Qeyd edək ki, əfsanəvi ifaçı özü də bu mərasimdə iştirak etməli idi. 48 yaşlı müğənninin ölümünün əsl səbəbi isə hələ tibbi ekspertizadan sonra məlum olacaq. İlkin versiyaya görə, Hyuston "Qremmi" mərasimindən əvvəl dostları ilə keçirdiyi şənlikdə həddindən artıq içki içmiş, daha sonra isə həkimin ona yazdığı sakitləşdirici dərmanları qəbul etmişdi. O, vanna otağında suda boğulmuş şəkildə aşkar edilib. Ölüm səbəbinin də boğulma olduğu ehtimal edilir.

Adele Adele Adele Adele Adele


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3446   Tarix: 05 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292