Bakı-Qazax yolunda avtomobil kanala düşdü

Bakı-Qazax yolunda avtomobil kanala düşdü

Yevlaxda avtomobilin kanala düşməsi nəticəsində sürücü və sərnişin xəsarət alıb.

BiG.AZ-ın report-un Qərb bürosuna istinadla məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayon Səmədabad kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “BMW” markalı avtomobil idarəetmədən çıxaraq kanala düşüb. Nəticədə avtomobildə olan iki nəfər, Gəncə şəhər sakinləri - 1984-cü il təvəllüdlü Ramin Müslüm oğlu Məmmədov və 1985-ci il təvəllüdlü İsfəndiyar Nafiq oğlu Aslanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 588 Tarix: 22.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol