"Qəbələ" "Qarabağ"ı məğlub etdi

"Qəbələ" "Qarabağ"ı məğlub etdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun son oyunu keçirilib.

BiG.AZ xəbər verir ki, “Qəbələ” çempionatın lideri “Qarabağ”ı öz meydanında minimal hesabla məğlub edib.

Qəbələ şəhər stadionunda təşkil olunan görüşdə yeganə qolu 8-ci dəqiqədə Asif Məmmədov vurub.

Beləliklə, “Qəbələ” xal ehtiyatını 19-a çatdıraraq lider “Qarabağ”a çatıb.

Topaz Premyer Liqası, IX tur

18:30. “Qəbələ” - “Qarabağ” - 1:0

Qol: Asif Məmmədov, 8 (1:0)
f Paylaş
Bölmə: İdman Oxunub: 782 Tarix: 22.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
CCCP
CCCP 22.10.2017
pahhh ILahi necede pis oldum qebele qarabagi meglub etdi. indi duwmenimiz ermeniler sevincden ucurlar ) nese menle ugur davasi eden matilla yoxdur