Oğrunun həyasızlığı: Pulu oğurlayıb, sahibinə mesaj yazdı - FOTOLAR

Oğrunun həyasızlığı: Pulu oğurlayıb, sahibinə mesaj yazdı - FOTOLAR

Türkiyənin Adana şəhərində şirniyyat mağazasına girən oğrunun hərəkəti marağa səbəb olub.

BiG.AZ qaynarinfo-ya istinadən xəbər verir ki, Qocavəzir məhləsində yaşanan hadisə zamanı 17 yaşlı F.S adlı şəxs saat 05.00 radələrində şirniyyat mağazasına soymaq məqsədilə daxil olub. Şirniyyat yeyib qazlı su içəndən sonra kassadakı 250 türk lirəsini götürən F.S şirniyyat qutusunda mağaza sahibinə mesaj yazıb: "Növbəti dəfəyə daha çox pul istəyirəm"

Səhər iş yerini açan Mahmut Baylas oğrunun yazdığı mesajı görən kimi polisə müraciət edib və oğru 3 saat sonra həbs edilib. Bildirilir ki, F.S daha əvvəl də mağazaya oğurluq məqsədilə girib, lakin bu barədə polisə məlumat verilməyib. Soyğunçunun üstündən 123 türk lirəsi tapılıb. Həbs edilən şəxs yaşı az olduğu üçün polis idarəsinin uşaq şöbəsinə göndərilib və dərhal məhkəməyə çıxarılaraq həbs edilib.

Oğrunun həyasızlığı: Pulu oğurlayıb, sahibinə mesaj yazdı - FOTOLAR

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1324 Tarix: 22.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
cangudan007
cangudan007 22.10.2017
Tupoy gədə
☆☆☆☆