Yasamal rayonunda minaatan mərmi tapıldı

Yasamal rayonunda minaatan mərmi tapıldı

Ötən gün Bakı şəhəri, Yasamal rayonu ərazisində 1 ədəd mərmi aşkar edilib.

ANAMA-dan BiG.AZ-a verilən məlumata görə, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə daxil olub.
Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə ″Röyal Park″ yaşayış massivinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş minaatan mərmisinin ətrafında 60 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 472 Tarix: 22.10.2017


Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər