Qaçırdığı qızı zorlayan şəxsə və onun dostlarına cəza verildi

Qaçırdığı qızı zorlayan şəxsə və onun dostlarına cəza verildiGəncə Ağır Cinayətlər Məhkəməsində Göygöldə qaçırdığı qızı zorlamaqda təqsirləndirilən İlqar Abbasov, qız qaçırmaqda ona köməklik edən Eşqin Vəliyev, Qabil Orucov və Rahil Verdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

BiG.AZ-ın Report-a istinadən məlumatına görə, hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin qərarı ilə İ.Abbasov Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu), 149.1-ci (zorlama) və 170.3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə) maddələri ilə təqsirli bilinərək 11 il, məcəllənin 144-cü maddəsi ilə təqsirləndirilən E.Vəliyev 9 il, Q.Orucov 8 il, R.Verdiyev isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə istintaqında təqsirləndirilən şəxs 1993-cü il təvəllüdlü İlqar Abbasov ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, təxminən 2 il öncə Göygöl rayonunun Zurnabad kəndində yaşayan dostu 1993-cü təvəllüdlü Eşqin Vəliyev ona Göygöl şəhərində Leyla (ad şərtidir) adlı qızın yaşadığını və həmin qızla evlənmək istədiyini bildirib.

Lakin onun həmin dövrdə pulu olmadığı üçün evlənmək fikrindən daşınıb, sonra pul qazanmaq üçün Rusiyaya gedib. Bir müddətdən sonra Azərbaycana qayıdan İ.Abbasov dostu E.Vəliyevlə yenidən görüşüb və Leyla ilə evlənmək istədiyini deyib. Eşqin ona Leylanı qaçırtmağı təklif edib və onun bu qərarı ilə razılaşan, İ.Abbasov Zurnabad kəndindən Göygöl şəhərinə gəlib və Leylanın arxasınca texniki peşə məktəbinə gediblər. Leylanın dərsdən çıxacağı zamanı öyrəndikdən sonra Eşqin əmisi oğlu 1990-cı təvəllüdlü Qabil Orucova zəng vurub çağırmağı və Qabilin avtomobili ilə Leylanı qaçırmağı təklif edib. Lakin onların konturu olmadığı üçün Göygöl şəhər avtovağzalına tərəf gedərkən dayısı oğlu 1998-ci il təvəllüdlü Rahil Verdiyev ilə rastlaşıblar və söhbət zamanı Rahilə qız qaçırmağa gəldiklərini deyiblər. Eşqin Rahilin mobil telefonuna kontur yükləyib, Q.Orucova zəng vurub, Qabilə peşə məktəbinin qarşısına gəlməsini, oradan Gəncə şəhərinə gedəcəklərini bildirib.

Bundan sonra Rahil də onlara qoşulub birlikdə texniki peşə məktəbinin qarşısına gəldikdən bir müddət sonra Q.Orucov idarə etdiyi "VAZ-2106" markalı avtomobili ilə peşə məktəbinin qarşısına gəliblər. Eşqin Qabilə Gəncə şəhərinə getməyəcəyini, peşə məktəbində oxuyan Leyla adlı qızı qaçıracaqlarını deyib. Qabil ona problem yaradacaqlarını bildirdikdə Eşqin heç bir problemin olmayacağını deyib. Həmin günü saat 14:15-də peşə məktəbindən iki nəfər qız çıxıb, Eşqin qızlardan birini göstərib və Leyla olduğunu deyib və həmin iki qız piyada yol gedən zaman gənclər avtomobillə onların arxaınca gediblər. Qızlardan biri ayrılıb gedib, o biri isə yolu qarşı tərəfə keçib avtobus gözləyib. İlqar Eşqinlə qıza yaxınlaşdıqda Qabil avtomobili qızın dayandığı yerə sürüb, avtomobildə arxada əyləşən Rahil arxa sağ qapını açıb və qızın qolundan və ağzından tutaraq onu zorla avtomobilə mindiriblər.

Avtomobildə arxada Eşqin ilə Rahil, İlqar isə öndə oturub. Qız qışqırıb onlara müqavimət göstərərkən, Eşqin qıza "Leyla, sakit dur" - dedikdə, həmin qız adının Leyla olmadığını, Lalə (ad şərtidir) olduğunu bildirib. Onlar səhv qızı qaçırdıqlarını bildikdə İ.Abbasov, artıq gec olduğunu deyib, Laləni Zurnabad kəndində yaşayan qardaşı Vüqarın evinə gətirib. Laləni Eşqinlə birlikdə zorla avtomobildən düşürərək evə aparıb. Bundan sonra Laləyə cinsi əlaqədə olmağı təklif edib, lakin qız bu təklifə etiraz etsə də, o, zorla Lalə ilə cinsi əlaqədə olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4619   Tarix: 21 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 0
.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

28.03.2024 0
.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

28.03.2024 0
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 0
.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

28.03.2024 0
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28.03.2024 0
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

28.03.2024 0
.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

28.03.2024 0
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 0