Dubayda süni intellekt nazirliyi quruldu — Planda Mars da var

Dubayda süni intellekt nazirliyi quruldu — Planda Mars da var

BƏƏ dünyada bir ilkə imza ataraq süni intellekt nazirliyi təsis edib.

Nazirliyin əsas məqsədi ölkəni bu sahədə liderə çevirməkdir.

27 yaşlı Ömər Bin Sultan əl Olama nazir təyin edilib. Əl Olama ölkənin baş naziri Şeyx Məhəmməd bin Rəşid tərəfindən bu vəzifəyə layiq görülüb.
Yeni nazirlik video çarx yayımlayıb və hədəflərindən bəhs edib. Dubay əmiri Məhəmməd bin Rəşid Əl Məktum isə daha əvvəlcə Mars şəraitində qurulcaq kosmik şəhər layihəsi ilə gündəmə gəlmişdi. BƏƏ rəsmiləri layihənin əsas məqsədinin Marsda şəhər qurmaq olduğunu bildirirlər.

mənbə: olke.az
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 327 Tarix: 21.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol