Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Oktyabrın 22-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BiG.AZ-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-14, gündüz 18-23, Bakıda gecə 11-13, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

Oktyabrın 22-də Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 23-ü gündüzdən 24-ü gündüzədək şimal və şərq rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1483 Tarix: 21.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol