Şəmkirdə bacısını oğlanla görən gənc qətl törətdi

Şəmkirdə bacısını oğlanla görən gənc qətl törətdi

Şəmkirdə qısqanclıq zəminində qətl hadisəsi törədilib.

BiG.AZ-ın report-a istinadən məlumatına görə, hadisə axşam saatlarında Şəmkir rayonunun Zəyəm kəndi ərazisində baş verib.

Kənd sakini, 2000-ci il təvəllüdlü Həsrət Azər oğlu Xəlilov bacısını 1989-cu il təvəllüdlü həmkəndlisi Tural Ramiz oğlu Məmmədovla görüb. Bu zaman tərəflər arasında mübahisə düşüb. Nəticədə H.Xəlilov T.Məmmədovu döş qəfəsindən bıçaqlayaraq onu ağır yaralayıb. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

H.Xəlilov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2228 Tarix: 21.10.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
_Galatasaray_Awk
_Galatasaray_Awk 21.10.2017
Şəmkirlidi puldan verəcəklər , qoymayacaqlar həbsə düşməyə


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər