Sükan arxasında danışan sürücülərin 40 manat cərimə ediləcəyi haqda etiraza - Rəsmi izahat

Sükan arxasında danışan sürücülərin 40 manat cərimə ediləcəyi haqda etiraza - Rəsmi izahatDaxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sürücülərin nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıracaq hərəkətləri etməsinə görə cərimələnəcəyi ilə bağlı sosial şəbəkələrdə gedən müzakirələrə münasibət bildirib.

K.Əliyev Report-a bildirib ki, sürücülərin avtomobil idarə edən zaman yanında əyləşən digər şəxslə söhbət etməsi qanunla qadağandır: "Ümumiyyətlə, sürücü özü də başa düşməlidir ki, diqqət yayındıra biləcək söhbətdə iştirak edə-edə avtomobil idarə etməli deyil. İnsanın diqqəti yayınanda yoldakı nə nişanı, nə işıqforu görə bilir, nə də ətrafında cərəyan edən hər hansı bir hadisəyə diqqət edə bilir və son nəticədə də qəza hadisəsi baş verir. Avtomobildə söhbət edən zaman qarşıda gedən maşının dönmə işığının yanıb-yanmadığını görmür. Belə hallar sözsüz ki, sürücünün diqqətini yayınması səbəbindən olur. Ona görə də qeyd etmişik ki, sürücülər diqqəti yayındıra biləcək söhbətdə iştirak etməsin".

Bu il ərzində neçə söhbət edən sürücünün cərimələnməsinə gəlincə, K.Əliyev onda belə statistik göstəricilərin olmadığını deyib: "Çünkü bu əməl konkret bir maddə içərsində gedir. Sistemdə də bir neçə qayda pozuntusu eyni maddə üzərində getdiyinə görə onu demək çətindir".

O, sükan arxasında söhbət edən sürücülərin cərimələnməsi ilə bağlı DİN və BDYPİ rəhbərliyindən xüsusi bir göstəriş gəlmədiyini də əlavə edib.

Qeyd edək ki, sözügedən məsələ "Yol hərəkəti haqqında" qanununun 37-ci maddəsinin 5-ci bəndi ilə tənzimlənir.

Həmin bənddə deyilir:

V. Mexaniki nəqliyyat vasitəsinin sürücüsünə:

1) nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətmək və ya onun hərəkəti zamanı qapıları açmaq;

2) nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək;

3) hərəkət zamanı sükanı əlindən buraxmaq, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etmək;

4) nəqliyyat vasitəsinin təkərlərində və ya banında yol örtüyünü zibilləyən palçıq və s. varsa, yaxud onlardan yanacaq-sürtkü materiallarının, kimyəvi maddələrin, tikinti və digər materiallarının axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət qadağandır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2321   Tarix: 20 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19.04.2024 257
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 769
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 417
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 1446
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

19.04.2024 897
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19.04.2024 543
.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

19.04.2024 222
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 740
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 216