Erməni əsgər yoldaşını başından güllələdi

Erməni əsgər yoldaşını başından güllələdi

Ermənistan tərəfindən işğal olunan Ağdərə yaşayış məntəqəsində dislokasiya olunan altıncı dağ atıcı alayın ərazisindəki postda hərbi qulluqçular arasında münaqişə baş verib.

Məlumata görə, mübahisə zamanı qumbaraatan vəzifəsində xidmət edən hərbi qulluqçu Aram Xaçaturyan xidmət yoldaşı David Harutunyanı avtomatla başından güllələyib. Xəstəxanaya aparılarkən ağır yaralanmış hərbi qulluqçu D.Harutunyan yolda ölüb.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.(unikal.org)
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 604 Tarix: 20.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol