Şimali Koreya nüvə sınaqlarının məqsədinı açıqladı

Şimali Koreya nüvə sınaqlarının məqsədinı açıqladı

Şimali Koreya nüvə sınağına hazırlaşır.

Bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazirliyin əməkdaşı Xek Zen bildirib ki, nüvə sınaqları ABŞ-dan müdafiə məqsədi daşıyır.

“Biz dəfələrlə demişik, yenə də bəyan edirik ki, nüvə sınaqlarını keçiririk. Biz nüvə sınaqlarını ölkəmizin müdafiəsi üçün keçiririk. Əsas məqsədimiz ABŞ-dan müdafiədir. Qüvvələrimiz müdafiə üzərində dayanır. Biz beynəlxalq münasibətlər prinsiplərinə qarşı çıxmırıq. Buna görə də, bizim nüvə raketlərini sınaqdan keçirtməyimiz heç kimi narahat etməməlidir”, - deyə nazirlik nümayəndəsi bildirib.

mənbə: olke.az
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 420 Tarix: 20.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol