Sükan arxasında söhbət edənlər cərimələnəcək? – YOL POLİSİ MƏSƏLƏYƏ NÖQTƏ QOYDU

Sükan arxasında söhbət edənlər cərimələnəcək? – YOL POLİSİ MƏSƏLƏYƏ NÖQTƏ QOYDUBaş Dövlət Yol Polisi İdarəsi son günlər sürücülərin sükan arxasında söhbət etməsi hallarına cərimə tətbiq olunması ilə bağlı məsələyə münasibət bildirib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev lent.az-a açıqlamasında bildirib ki, bir çoxları bu məsələni fərqli şəkildə təqdim edir:

"Bu məsələdə söhbət sürücünün sükan arxasında danışmasından getmir. Bilmirəm, mətbuatda niyə məsələni bu qədər şişirdirlər ki, sürücü sükan arxasında söhbət edə bilməz.

Birmənalı olaraq, sürücü üçün söhbət etməyin qadağası yoxdur. Burada məsələ diqqətin yayınmasına səbəb olan söhbətdə iştirakdan ibarətdir. Qanunun 342.1.2-ci maddəsində nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin istismar qaydasının pozulmasını özündə əks etdirir. Burada qeyd edilib ki, nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə 40 manat cərimə nəzərdə tutulur. Yəni elə sürücülər var ki, onların fikri konkret olaraq yolda olmur. Hətta başını döndərib, üzünü tamamilə sərnişinə, arxada əyləşən şəxsə istiqamətləndirərək danışanlar var. Bəzən də sürücü elə emosional vəziyyətə gəlib çıxır ki, həmin anda onun diqqəti yolda olmur. Bu insan nə yolu, nə də işıqforu görə bilir. Yolda, ətrafında cərəyan edən digər proseslərə nəzarət etmək imkanı olmur. Bu halda belə sürücünün bir məsuliyyəti olmalıdır, ya yox? Bəli, bu kimi hallarda sürücünü məsuliyyətə cəlb etmək olar. Və yaxud sərnişin avtobuslarının sərnişinlər tərəfindən postda saxlatdırılması halları ola bilər. Sərnişinlər şikayət edə bilər ki, bu sürücü avtomobili çox pis idarə edir, bütün diqqəti yanında və ya arxadakı sərnişindədir, diqqəti yayınır və dəfələrlə yoldan çıxır. Yaxşı, belə bir sürücüylə bağlı tədbir görülməlidir, ya yox? Qanunvericilikdə də məhz bu tip hallar nəzərdə tutulur".

Yol polisi rəsmisi bildirib ki, yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, çox nadir hallarda nəqliyyat vasitəsində təkcə sürücü olarkən hadisələr baş verir. Əsas etibarı ilə qəzanın baş verdiyi anda, istər toqquşma, istər maneəyə vurma, istər qarşı yola çıxma hallarında qəzalar avtomobildə bir neçə şəxsin olması zamanı baş verir: "Sonradan videogörüntülərə də baxanda görürsən ki, bu avtomobil niyə düz getdiyi yerdə istiqamətini dəyişib başqa maşına dəydi. Baxırsan ki, sürücünün fiziki sağlamlığı yerində, sərxoşluq halı yoxdur, amma incələdikdə, görüntülərə baxış keçirəndən sonra dəqiqləşir ki, bu adamın diqqəti yolda olmayıb. Diqqəti yanında əyləşən sərnişində olub. Mən dünən verilişdə real bir görüntü göstərdim. Taksi sürücüsü qırmızı işıqda hansı sürətlə gəlirsə, eləcə də keçir. Niyə? Bu sürücü qırmızı işığı görmür? Avtomobildə də özündən başqa 4 nəfər sərnişin var ki, onların da birinin qucağında azyaşlı uşaq əyləşmişdi. Bu adamın diqqəti yayınıb ki, işıqforu görməyib. Biz də deyirik ki, ay sürücü, sənin diqqətin yolda olsun. Sükan arxasında oturan kimi məişət problemlərini, digər məsələlərini telefonda, yaxud yanındakı sərnişinlə qabardıb müzakirə etmə. Sükanın arxası problemlərin həlli yeri deyil. Yəni sənin bütün diqqətin yolda olmalıdır. Bu gün bizdə qəzaların əksəriyyəti niyə baş verir? Bu qədər qəzalar olur, bəyəm, onların hamısının səbəbi sərxoşluqdur, yuxusuz olmaqdır? Bu qəzaların əksəriyyəti sürücünün diqqətsizliyindən, diqqətinin yayınmasından baş verir. Biz də deyirik ki, sürücünün diqqəti yolda olsun. Sürücünün diqqəti nə qədər yolda olarsa, qəza hadisələri də bir o qədər az olar. Söhbət ondan getmir ki, sən yanındakına söz deyə bilməzsən. Söhbət ondan gedir ki, diqqətin yayınmasın, hansısa qlobal problemi sükan arxasında həll etməyə çalışma. Mən özüm dəfələrlə sürücülərin əsəbi, emosional halda sükan arxasında necə jestlər, əl-qol hərəkətləri etdiklərini, qəza şəraiti yaratdıqlarını və törətdiklərini görmüşəm".

K.Əliyev bu tip qayda pozuntularının adi-vizual qaydada müəyyənləşdirildiyini deyib: "İnspektor görür ki, sürücü nəqliyyat vasitəsini idarə etmək qabiliyyətində deyil. Avtomobil idarəetmədən çıxır. Görür ki, onun diqqəti yanındakı şəxslə söhbətə yönəlib, onu məsuliyyətə cəlb edə bilər. Onu da deyim ki, qanunda xeyli bu tip məsələlər var ki, onlar əksər vaxtlarda tətbiq edilmir. Belə deyək, bunu biz konkret olaraq sürücünü cərimə etmək üçün yox, bu tip qayda pozuntularının olmaması və bu səbəbdən baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün diqqətə çatdırırıq. Hər şeyə ancaq cərimə ilə yanaşmaq düz deyil. Bunu sürücü ilk olaraq özünün və sərnişinlərinin təhlükəsizliyi üçün nəzər almalıdır. Dəfələrlə elə ağır yol qəzaları olub ki, sonradan sərnişinlər deyiblər, sürücünün diqqəti yolda deyildi, ona görə belə bir hadisə yaşandı. Çox olub ki, sürücünün nəqliyyat vasityəsi hərəkətdə olarkən sərnişinlə mübahisə etməsi bir və ya bir neçə nəfərin həyatını itirməsi ilə nəticələnən qəzaya səbəb olub və biz bunu dəfələrlə hadisə şahidlərinin dilindən eşitmişik".

Yol hərəkətinin təşkili üzrə mütəxəssis Ərşad Hüseynov da məsələyə münasibət bildirib. O, bu məsələnin qabardılmasını süni ajiotaj yaratmaq cəhdi adlandırıb: "Bunlar hamısı 70 ilin söhbətidir və şərh etməyi də özümə yaraşdırmıram. Bu məsələ ilə bağlı heç bir yenilik yoxdur. Şərhə ehtiyacı olmayan boş söhbətlərdir. Kimsə ajiotaj yaratmaq üçün bu mövzunu ortaya atır. Sükan arxasında siqaret çəkməyə, su içməyə, nə isə yeməyə, söhbət etməyə görə heç bir məsuliyyət yoxdur. Sükan arxasında bircə telefonla danışmağa görə cərimə var ki, bunu da hamı gözəl bilir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1571   Tarix: 20 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888