Gələn il Azərbaycan üçün — MÜDHİŞ PROQNOZ

Gələn il Azərbaycan üçün — MÜDHİŞ PROQNOZ

2017-ci ildə Avropa və Mərkəzi Asiya regionunun iqtisadiyyatı 2,2% böyüyəcək. Bu barədə Dünya Bankının yenilənmiş proqnozunda deyilir.

BiG.AZ xəbər verir ki, Dünya Bankının proqnozuna əsasən, 2018-ci ildə Azərbaycanın ÜDM-i 0,9%-lik artım nümayiş etdirəcək. Bunun əsas səbəbi kimi “Şahdəniz-2” layihəsinin işə düşməsi göstərilir.

Dünya Bankı 2019-ci ildə Azərbaycanda 1,5%-lik iqtisadi artım proqnozlaşdırır. Bundan başqa, bankın ehtimalına görə, bu il ölkədə inflyasiya 11,2, növbəti iki ildə isə müvafiq olaraq 5% və 4,9% təşkil edəcək.

Azərbaycanlı mütəxəssislər də gələn ildən Azərbaycanda iqtisadi artımın olacağını bildirirlər. İqtisadçı eksper Vüqar Bayramov “Ölkə.Az”a açıqlamasında bildirib ki, əvvəldən Dünya Bankı Azərbaycanda 2017-ci il üçün iqtisadi azalma, 2018-2019-cu illərdə isə iqtisadi artım proqnozlaşdırırdı. Onun sözlərinə görə, əvvəlki proqnozlar hələ də dəyişməz olaraq qalır.

Azərbaycanda iqtisadi artıma səbəb nə olacaq?

V.Bayramov deyir ki, neftin qiyməti 2014-cü ildən aşağı düşsə də, 2017-ci ildə stabil qaldığını müşahidə edirik. Onun fikrincə, hazırda neftin qiymətinin stabil qalması və eyni zamanda digər iqtisadi proseslər ölkədə əhalinin yaşayış səviyyəsini də yaxşılaşdıracaq.

“Dünya bazarında neftin qiyməti 50 dollar ətrafında dəyişdi. Eyni zamanda, Azərbaycan iqtisadiyyatı da neftin yeni qiymətinə adaptasiya ola bildi. Yəni 2015-2016-cı illərə nisbətən 2017-ci il daha stabil oldu. Əgər neftin qiyməti mövcud səviyyədən, yəni 50 dollardan aşağı düşməzsə, bu imkan verəcək ki, azərbaycanda iqtisadi artımı bərpa etmək mümkün olsun. Nəzərə alsaq ki, Azərbaycan Türkiyə bazarına 8 milyard kub metrə yaxın mavi qaz çıxaracaq, onda, 2019-cu ildə Azərbaycanda daha yüksək iqtisadi artım proqnozlaşdırılır”.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2304 Tarix: 19.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol