Jirinovskidən Azərbaycan və Qarabağla bağlı sensasiyalı – AÇIQLAMALAR

Jirinovskidən Azərbaycan və Qarabağla bağlı sensasiyalı – AÇIQLAMALARAzərbaycanın uzun müddət Qarabağ problemi olacaq.

BiG.AZ-ın Sputnik Azərbaycan-a istinadən məlumatına görə, bunu Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski deyib.

"Dəyişən dünyada inteqrasiya prosesləri" mövzusunda aparılan panel diskussiyada çıxış edən Jirinovski Azərbaycan və prezident İlham Əliyevlə bağlı maraqlı açıqlamalar verib.

Qeyd edək ki, sözügedən müzakirələr Soçidə keçirilən XIX Ümumdünya gənclər və tələbələr festivalı çərçivəsində aparılıb.

RLDP lideri qeyd edib ki, Qarabağ kifayət qədər aktual problemdir və həll olunmayandır:

"Biz Azərbaycan və Ermənistan barədə danışanda başa düşməliyik ki, onların həlli mümkün olmayan ərazi problemləri var. Bu problemin həlli yoxdur".

Onun sözlərinə görə, tərəflərin hər ikisi Qarabağı özününkü hesab edir.

"Bizim Azərbaycana münasibətimiz yaxşıdır, amma görürsüz ki, burada əsas məsələ SSRİ-nin qeyri-qanuni parçalanmasıdır. Bu vahid ölkə idi. Rusiya imperiyası. Onu qanunsuz olaraq bağlayıb SSRİ-ni yaratdılar. Sonra da qanunsuz olaraq SSRİ-ni dağıtdılar. Dövləti dağıtmaq olmaz, bu, mümkün deyil. Amma bunu etdilər. Ona görə də hər yerdə hüquq mühiti olmalıdır" – deyə deputat bildirib.

Jirinovski qeyd edib ki, kataloniyalılara simpatiya bəsləyir, amma hesab edir ki, İspaniya kralı haqlıdır, bura krallıqdır, vahid ölkədir.

"Azadlıq arzusunu qəbul etməyimizə baxmayaraq, onu da qəbul edirik ki, ölkələrin "şəhər respublikaları" və "kənd dövlətləri" kimi bölüşdürməsi nəticədə sonsuz müharibələrə gətirib çıxaracaqdır" – deyə Dumanın deputatı bildirib.

"Mən Azərbaycanı salamlayıram. Bu ölkənin rəhbəri İlham Əliyevi, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (MDBMU) məzununu, onun atasını yaxşı tanıyıram. Amma onların problemləri uzun müddət qalacaq. Qüds problemini həll etmək mümkündür? Yox. Yəhudilər hesab edirlər ki, bu, onların şəhəridir, paytaxtıdır, ərəblər isə hesab edirlər ki, onlarındır" – deyə Rusiya liberallarının lideri əlavə edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1939   Tarix: 19 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zaxarova Ermənistan barədə: "Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir" - VİDEO

"Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova -nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanır. Zaxarovanın sözlərin

27.03.2024 224
.

Sumqayıtda uşaq xəstəxanasının həyətində körpə meyiti tapılıb

Sumqayıtda uşaq xəstəxanasının həyətində yeni doğulmuş körpənin meyiti tapılıb. APA-ya istinadən xəbər verir ki, meyit xəstəxananın həyətindəki ağaclıq ərazidə aşkarlanıb. Körpənin 6-7 həftəlik olduğu təxmin edilir. Meyit ərazidən götürülərək təhvil verilib

27.03.2024 535
.

"Aİ Ermənistana namizəd statusu təklif etməyə hazır olduğunu bildirməlidir"

"Viza rejiminin liberallaşdırılması üzrə Aİ-Ermənistan dialoqunun başlanması münasibətlərin dərinləşməsi üçün mühüm addım olardı". xəbər verir ki, Bu barədə Danimarkanın keçmiş baş naziri və NATO-nun baş katibi Anders Foq Rasmusse deyib. Hesabata görə, Aİ Ermənistana namizəd statusu təkli

27.03.2024 208
.

Tolik blogerlərin saxtakarlığını açıqladı: "Onların öz şəbəkələri var" - Video

Aparıcı Tarix Əliyev (Tolik) blogerlərin saxtakarlıqla məşğul olduqlarını iddia edib. Axşam.az xəbər verir ki, Tolik onların reklamvericiləri aldatdığını vurğulayıb. O bildirib ki, blogerlərin bəziləri böyük işçi qrupu toplayaraq, bir çox saxta yollara əl atırlar:. "Blogerlərlə bağlı çox paylaşımla

11:38 0
.

"Şəbnəm ancaq toy bazarına işləyir"

"Şəbnəm yaxşı qızdır, üzərində çalışır. Amma toy bazarına çalışır onlar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Tarixin bir günü" verilişində müğənni Şəbnəm Tovuzlunun ünvanına deyib. Sənətçi Şəbnəmin toy üçün çalışdığını söyləyib. G.Əliyeva aparıc

11:53 0
.

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib. xəbər verir ki, Nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Fizioterapiya üzrə elmi şöbəsinin müdiri İlham Qasımov vəfat edib. Onun hansı səbəbdən vəfat ediyi məlum deyil

27.03.2024 330
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

13:12 0
.

Ağalarovun "Crocus City Hall" konsert zalı bankda girov imiş - Yeni DETALLAR

Rusiyanın Moskva vilayətində 22 martda terror aktı nəticəsində bir hissəsi yanmış "Crocus City Hall" konsert zalının bankda girov qoyulduğu məlum olub. Rusiya Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən çıxarışa əsasən əmlak "Qazprombank"da kredit müqabilində girov qoyulub. Belə ki

27.03.2024 467
.

Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi. xəbər verir ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib. Nazir postundan azad edildikdə

27.03.2024 386