Yeni razılaşma: Sarkisyan baş nazir, Karapetyan isə müavini olacaq

Yeni razılaşma: Sarkisyan baş nazir, Karapetyan isə müavini olacaq

Ermənistanda hakimyyət daxilində yeni razılaşma əldə olunub.

“Jamanak” qəzeti xəbər verir ki, Cenevrə görüşündən əvvəl və sonra aparılan üzünmüddətli danışıqlar nəticəsində prezident Serj Sarkisyanla baş nazir Karen Karapetyan arasında vəzifə bölgüsü aparılıb.

Məlumata görə, Sarkisyan Karapetyanı 2018-ci ilin aprelindən sonra baş nazirin müavini kimi fəaliyyətini davam etdirməyə razı sala bilib. Belə ki, Qarabağ münaqişəsi və Ermənistanın təhlükəsizlik məsələlərində baş nazir vəzifəsindən aşağı post tutanlara səlahiyyət verilməyəcək.

Erməni prezident vəd verib ki, baş nazirin müavini kimi Karapetyanın fəaliyyətində heç bir dəyişiklik olmayacaq. O, hökumət iclaslarını keçirmək, hökumət binasında qalmaq, azad kadr dəyişiklikləri həyata keçirmək səlahiyyətlərinə sahib olacaq.

Sarkisyan baş nazir postunu tutduqdan sonra da Baqramyan 26 ünvanında yerləşən Prezident iqamətgahında qalacaq. Hazırda yeni seçiləcək Ermənistan prezidenti üçün iqamətgah seçimi aparılır.(azvision.az)
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 826 Tarix: 19.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 19.10.2017
rədd olsun ermenistan.ne dovletdir ki bu
Profil bağlıdır