Ramil Usubov Rövnəq Abdullayevlə birlikdə cüdo zalında - FOTO

Ramil Usubov Rövnəq Abdullayevlə birlikdə cüdo zalında - FOTOOktyabrın 19-da Daxili İşlər Nazirliyinin öncül qurumlarından olan xüsusi təyinatlı Əlahiddə Çevik Polis Alayının inzibati ərazisində cüdo zalının açılışı olub.

Daxili İşlər Naziriliyinin Mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Dövlət Neft Şirkətinin prezidenti, Azərbaycan Cüdo Federasiyasının rəhbəri Rövnəq Abdullayev tədbirdə iştirak ediblər. Onlar rəmzi açılışı bildirən lenti kəsiblər və yeni məkanda əməkdaşların bu idman növü ilə məşğul olmaları üçün yaradılan şəraitlə tanış olub, görülən işləri yüksək qiymətləndiriblər.

Daha sonra daxili işlər naziri şəxsi heyət qarşısında çıxış edərək yeni cüdo zalının açılışı münasibətilə onları təbrik edib. O, əlamətdar hadisənin təməlində ölkəmizdə idmanın, Olimpiya hərəkatının inkişafına möhtərəm dövlət başçımız, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin verdiyi böyük dəstəyin, onun rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərin dayandığını vurğulayıb, məhz bunun nəticəsində son illər ərzində paytaxt da daxil olmaqla respublikanın digər şəhər və rayonlarında 40-dan çox yüksək səviyyəli idman obyektlərinin, Olimpiya idman mərkəzlərinin tikilib istifadəyə verildiyini məmnunluqla diqqətə çatdırıb.

Nazir xüsusilə qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın yüksək diqqət və təşkilatçılığı sayəsində Avropa və İslam Həmrəyliyi Oyunları, Formula-1 Bakı Qran-Pri yarışları, Dünya Şahmat Olimpiadası kimi mötəbər beynəlxalq yarışların respublikamızda keçirilməsi ölkəmizin potensialının, multikulturalizmə, sivilizasiyalararası dialoqa verdiyi mühüm töhfələrin əyani göstəricisidir.

O da nəzərə çatdırlıb ki, ölkəmizdə idman sahəsində uğurların qazanılmasında daha bir önəmli faktor bədən tərbiyəsinin inkişafına, kütləviləşməsinə cavabdehlik daşıyan dövlət qurumlarının, xüsusən Milli Olimpiya Komitəsi başda olmaqla müxtəlif idman federasiyalarının, cəmiyyətlərinin və klublarının vahid komanda kimi fəaliyyət göstərməsidir.

Daxili işlər orqanlarının inkişafına, maddi-texniki bazasının gücləndirilməsinə, əməkdaşların xidməti şəraitinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirən general-polkovnik Ramil Usubov polis əməkdaşlarının yeni idman kompleksində öz ustalıqlarını artırmaqla ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə daha qətiyyətli və əzmkar olacaqlarına əminliyini ifadə edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1953   Tarix: 19 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914