"Penalti yox idi" - Məşhur hakim Ndlovunun epizodundan danışdı

"Penalti yox idi" - Məşhur hakim Ndlovunun epizodundan danışdı

Çempionlar Liqasının qrup mərhələsinin III turunda keçirilən “Qarabağ” – “Atletiko” matçının 74-cü dəqiqəsində matçın baş hakimi Ruddi Bukenin qonaqların qapısına penalti təyin etməməsi müzakirələrə səbəb olub.

BiG.AZ xəbər verir ki, Dieqo Qodinin Dino Ndlovuya cərimə meydançası daxilində etdiyi kobudluğa ispaniyalı hakim İturralde Qonzales də münasibət bildirib.

Maraqlıdır ki, məşhur referi sözügedən epizoda görə fransız hakimi haqlı çıxarıb. “Həmin epizodda penalti yox idi. Çünki Ndlovunun özü kontakta girməyə çalışırdı”, deyə 50 yaşlı FİFA referisi bildirib.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sabiq sədri Mustafa Çulcu həmin epizodu penalti kimi qiymətləndirib. O, yenicag.az-a açıqlamasında hakimin doğru qərar vermədiyini bildirməklə yanaşı, sarı vərəqəni də yanlış qərar adlandırıb.
f Paylaş
Bölmə: İdman Oxunub: 3276 Tarix: 19.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 19.10.2017
əslinde duz deyir
Profil bağlıdır