"Qarabağ"ın matçında hakimin şübhəli qərarı zamanı stadionda MÜƏMMALI OLAY - FOTO

"Qarabağ"ın matçında hakimin şübhəli qərarı zamanı stadionda MÜƏMMALI OLAY - FOTOMöcüzə kimi görünürdü...

Qitənin ən nüfuzlu futbol turnirində debüt edən "Qarabağ"ın acınacaqlı məğlubiyyətlərə düçar olacağı püşkatmadan sonra bütün futbol azarkeşlərini ən çox qayğılandıran məsələ idi.

İlk Çempionlar Liqası matçımız dünyanın ən güclü klublarının "kabusu" olan "Stemford Bric"də "Çelsi"yə qarşı oldu. Debüt gözlənildiyi kimi böyükhesablı məğlubiyyətlə bitdi. Bəlkə də "Qarabağ" "Roma"ya qarşı oyunda dişini göstərmişdi və qitənin güclü komandalarına başağrısı ola biləcək səviyyədə olduğunu ortaya qoymuşdu. Deməzdim 3 gün öncə Messili "Barselona"nın güclə bərabərə qaldığı matçdakı "Atletiko Madrid"də arxayınçılıq var idi. Bu klub disiplininə görə dünyanın ən güclü komandası hesab edilir. Belə olmasaydı, illərdir "Atletiko"nun sükanı arxasında olan Simionenin futbolçuları son 3 ildə iki dəfə Çempionlar Liqasında final oynamazdı.

Amma dünən axşam meydanda başqa "Qarabağ" var idi!

Dünyanın bir çox məşhur idman dərgisinin "Qaçqın komandası" adlandırdığı "Qarabağ" dünən yalnız "madridlilər"ə qarşı mübarizə aparmadı, ikinci dəfə UEFA-nın müəmmalı hakim təyinatı matça damğasını vuran ən diqqətçəkən məqam oldu. Belə ki, matç ərzində oyunun ən fəallarından olan Ndlovuya qarşı cərimə meydançasındakı kobudluğu "penal"la dəyərləndirmək əvəzinə "Qarabağ"ın forvardını meydandan qovan fransalı referinin stadionda digər əlaltıları da peyda oldu.

W1 sektorunda jurnalistlər üçün ayrılan masalardakı manitorlarda hakimin "Atletiko Madrid"in qapısına təyin etməli olduğu on bir metrlik cərimə zərbəsi əvəzinə oyunun ən fəallarından olan "Qarabağ"ın 9 nömrəsini meydandan qovmasındakı qərəzi azarkeşlər açıq-aşkar təkrar kadrlardan gördü. Bu məqamda stadionu bürüyən uğultudan dəqiqələr keçməmiş UEFA-nın nümayəndəsi olduğu iddia edilən "cənab" monitorları cərəyandan ayırmağa başladı (Şərhçilərin qarşısındakı monitorlar istisna olmaqla).

Matçın əsas vaxtına əlavə olunmuş son saniyələrdə "Qarabağ"ın qapısına təyin edilən müəmmalı cərimə zərbəsinə isə başqa ad vermək olmaz!

Britaniya və İspaniyanın dünyaca məşhur qəzetləri 0:0 hesabla bitən matçdan sonra yalnız "köhlən artlar"ın qəhrəmanlığından bəhs etdilərsə, rusiyalı, türkiyəli futbol şərhçiləri fransalı hakimin oyunun nəticəsinə təsir edən "Qarabağ"a qarşı qərəzli qərarlarını müzakirə ediblər.

mənbə: milli.az
"Qarabağ"ın matçında hakimin şübhəli qərarı zamanı stadionda MÜƏMMALI OLAY - FOTO"Qarabağ"ın matçında hakimin şübhəli qərarı zamanı stadionda MÜƏMMALI OLAY - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 5312   Tarix: 19 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378
.

Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO

Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd

27.08.2021 1005
.

Paralimpiya Oyunları: Azərbaycan atleti qaçışda finişə gəlib çıxmadı

Tokioda keçirilən Paralimpiya Oyunlarında Azərbaycan atleti finişə çata bilməyib. Atletikanın 100 metr məsafəyə qaçış yarışlarında T13 kateqoriyasında yarışan idmançımız Elmir Cəbrayılov finala çıxmağı bacarmayıb. Belə ki, o, təsnifat mərhələsinin qrupunda beş nəfərin yarışdığı mübarizədə finişə gəli

29.08.2021 912
.

Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"

"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın

04.09.2021 533
.

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. -a istinadən xəbər verir ki, bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçünc

07.09.2021 975
.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093
.

Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda

29.08.2021 1349
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

07.09.2021 1468