"Sinəmdən elə bil nəsə qırıldı düşdü..." - Onurğa iflici olan Könül Xasıyeva/FOTOLAR

"Sinəmdən elə bil nəsə qırıldı düşdü..." - Onurğa iflici olan Könül Xasıyeva/FOTOLAR

Ötən gün "5/5" verilişində Zaurun qonağı səhhətində ciddi problem yaranan xalq artisti Könül Xasıyeva olub.

İlk dəqiqələrdən kövrələn xanım sənətkar göz yaşlarını belə izah edib:

"Bu göz yaşları sevincdəndir, başqa şey deyil. Sən mənə bu gün ülvi duyğuları yaşatdın. Heç kim mənim qəlbimə dəyməyib, dəyməz də. Mən də kiminsə qəlbinə dəyməməyə çalışmışam. İndi buna nə qədər nail olmuşam bilmirəm. Amma hamının qəlbində bir saray tikməyə çalışmışam".

Aparıcının "Könül xanım, nə oldu ki, belə xəstələndiniz? Hər şeyi bacı-qardaş kimi sərbəst danış mənə" kəlməsindən sonra xanəndə başına gələnləri canlı yayımda açıqlayıb:

"2000-ci ildə zəlzədən stress keçirmişdim. Mən onda bir az efirlərdən kənar qaldım. 46 gün Şəki Rayon Mərkəzi Xəstəxanasında, bir otağın içində... Heç "koridor"a da çıxmamışam. Amma çıxanda elə bilmişəm ki, bir gündür mənim bura gəldiyim. Sonra bilmişəm ki, sən demə, mən 46 gün orada yatmışam. Sonra məni gecəylə iynə vurub, gətiriblər Bakıya.

Bakıda bütün yoxlanışlardan keçmişəm. Orqanik heç bir problemim olmayıb. Ancaq həyəcan, qorxu, stress... Zəlzələ vaxtı da zəlzələdən qorxmadım. O vaxt telefonlar işləmədi, heç yerlə əlaqə saxlamaq olmadı. Atam, anam, qardaşım yeni ailə qurmuşdu, qızı Xatun 1 yaş 6 aylıq idi. O da mənim ürəyimin parçası idi. İndi maşAllah, universitetdə oxuyur. Kimdənsə həmin gecə eşitdim ki, zəlzələdə Şəki dağılıb. Mən onda hiss etdim ki, sinəmdən elə bil nəsə qırıldı düşdü. Mən 17 ildir efirlərə çıxsam da, toylara getsəm də davamlı şəkildə müalicə oluna-oluna yaşamışam. İşimdən qalmamışam amma. Övladım xəstələndi. Öz müalicəmi kənara qoydum. 6 ildir mənim övladım xəstədir. Gec ailə qurmuşam. Övladım vaxtında olub. Onu verən Allaha çox şükür. Allah heç bir ana-atanı övladı ilə sınağa çəkməsin. O vaxt Kazımın baş ağrıları çox idi. İndi qaldığımız evdə onun evin döşəməsində dırnaq yerləri var. Hansı ki, ağrılar onu o vəziyyətə salmışdı. Onu heç bir valideynə arzu etmirəm. O anı yaşayan valideyn bilər ki, insan həyatdan qopur".

mənbə: milli.az
"Sinəmdən elə bil nəsə qırıldı düşdü..." - Onurğa iflici olan Könül Xasıyeva/FOTOLAR
"Sinəmdən elə bil nəsə qırıldı düşdü..." - Onurğa iflici olan Könül Xasıyeva/FOTOLAR
"Sinəmdən elə bil nəsə qırıldı düşdü..." - Onurğa iflici olan Könül Xasıyeva/FOTOLAR
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 3295 Tarix: 18.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
sunly_
sunly_ 18.10.2017
Allah qorusun sizi gözəl sənətkarımız.


 
NNV
NNV 18.10.2017
Allah kömək olsun.Tezliklə sağlamlığına qovuşsun