Xalq artisti Firəngiz Mütəllimovanın xəstəxanalıq olması xəbəri YALAN ÇIXDI - AÇIQLAMA

Xalq artisti Firəngiz Mütəllimovanın xəstəxanalıq olması xəbəri YALAN ÇIXDI - AÇIQLAMA

Xalq artisti Firəngiz Mütəllimovanın səhhətinin pisləşməsi ilə bağlı xəbər yalan çıxıb.

Bu barədə BiG.AZ-a danışan xalq artisti səhhətinin yaxşı olduğunu, səhər tezdən səhhətində heç bir problem baş vermədiyini, dərsdə olduğunu bildirib: "O xəbərlər çıxanda mən dərsdə olmuşam. Dünən teatrda tamaşa oynamışam. İndi də dərsdən çıxmışam gəzərək evimə gedirəm. Bu xəbəri kim yayıbsa yalan xəbərdir".

Həmçinin Firəngiz Mütəllimova Məhərrəmlik ayında onun barəsində yalan xəbər yayanları Allaha tapşırdığını da bildirib: "O xəbəri yazanlarlar boş-bekar, işsiz-gücsüz adamlardır. Hər kimdə o cür yalan informasiya yazıbsa, Məhərrəmlik ayıdır, ağır aydır, kim nə niyyətlə yazıbsa Allah özünə qismət eləsin. O adamları Allaha tapşırıram".

Xatırladaq ki, xalq artisti Firəngiz Mütəllimovanın xəstəxanalıq olması və səhhətinin pis olması barədə məlumatı xəbərçi.az saytı yayıb.

BiG.Az

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2182 Tarix: 18.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol