Nazirliyin xidməti avtomobilləri ixtisara salındı

Nazirliyin xidməti avtomobilləri ixtisara salındı

Mədəniyyət və Turizm Nazirliyinin xidməti avtomobillərinin sayı azaldılıb.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin oktyabrın 11-də qəbul etdiyi qərarda bildirilir.

Qərara əsasən, nazirliyin avtomobillərinin sayı 71-dən 22-yə ixtisar edilib.

Qərarın səbəbi açıqlanmasa da, qeyd olunur ki, təklifi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən irəli sürülüb.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1644 Tarix: 18.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol