Mitinqə gedən aktyor işdən çıxarıldı: "Ərizəmi istəmədən yazmışam" - AÇIQLAMA

Mitinqə gedən aktyor işdən çıxarıldı: "Ərizəmi istəmədən yazmışam" - AÇIQLAMA

Dünən Akademik Milli Dram Teatrında oynanılan “Almaz” tamaşasında Əməkdar artist, aktyor Ayşad Məmmədovun yerinə tamaşaya başqa aktyor çıxarılıb.

BiG.AZ xəbər verir ki, Ayşad Məmmədov Kulis.az-a açıqlamasında bildirib ki, oktyabrın 17-də “Almaz”da Ocaqqulunu oynamalı ikən, trupppa müdiri zəng edib onun yerinə Ramin Şıxəliyevin səhnəyə çıxacağını deyib: “Mən işdən azad olunmağım haqda ərizə yazmışam, amma bunu istəmədən yazmışam. Rəhbərliyə də demişəm. Onlar da nəzərə alacaqlarını deyiblər. Amma hər hansı bir əmr olmadan rollarımı bölüşdürüblər. “Qətibə İnanc”da məşq etdiyim Sultan Toğrul rolunu da başqa aktyor Kazım Abdullayevə veriblər. Mən öz işini də, dövlətini də sevən adamam və dövlətə qarşı hansısa çıxış etdiyim də olmayıb”

Aktyorun mitinqdə iştirakına görə işdən çıxarıldığı iddia edilir.

Dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mətbuata açıqlamasında bu məsələdən danışmışdı: “Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil. Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır”.
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 5364 Tarix: 18.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Cesika
Cesika 19.10.2017
Bundan sonra kimin ne heddine nese soz desin,deyenler goz qabagindadi
Kimisi torpaq qeder qiymetli,kimisi 1ot qeder gereksiz!
Her kes yawayir 1wekilde kimisi WEREFLI kimisi WEREFSIZ


 
sunly_
sunly_ 19.10.2017
Bu dəhşətdir..İnsanlar aciz qalır.Sözlərini deyə bilmirlər.Bu nə deməkdir axı?
Təmin edin cəzalandırmaqdansa!


 
ULUSH
ULUSH 19.10.2017
Menim yaxin adamim ikibawli soz iwletmiwdi hakimiyyet haqda musahibe vermiwdi 5deqe kecmemiw ailenin butun uzvlerinin adini verdiler eline dediler sen ne demek istemisen musahibende o da ikibawli soz demiwdi deye ozune serf eleyen bawi dedi cunki deyir bilsem ki meni orda oldurecekler yene de dediyimden donmezdim ancaq siyahida 1ci ovladlarimin adi var idi. Yeni bizom sistem kokunden deyiwilmelidi
Mikii
Mikii 18.10.2017
Bu gun bütün dövlet strukturlarinda çalişanlar hakimiyyetin quludu .100 manata işletdikleri qul .Necede arsiz-arsiz deyirlerki bizde bütün azadliqlar temin olunur .Nece temin olunurki bir insan öz serbest toplaşmaq hüququndan istifade edir bir hefte sonra işsiz qalir Bele rezil hakimiyet dünyanin hec bir yerinde yoxdu .Hayla gelen vayla geder bu yaziq milletinde Allahi var.Allah onlari belasini versin tezlikle AMIN
Murselov
Murselov 18.10.2017
Bes bu insanin qabilyeti?nazirin sozlerinnen aydin bawa duwmey olur ki,eyer sen bizden deyilsense olmelisen.soxum boynuvuzu yere!