Leyla Əliyeva "Pəncərədən düşən işıq" filminin təqdimatında - FOTOLAR

Leyla Əliyeva "Pəncərədən düşən işıq" filminin təqdimatında - FOTOLARNizami Kino Mərkəzində "Pəncərədən düşən işıq" sənədli filminin təqdimat mərasimi olub.

BiG.AZ xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva mərasimdə iştirak edib.

Çəkilişləri Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə həyata keçirilən filmin nümayişindən əvvəl Leyla Əliyeva, ekran əsərinin ssenari müəllifi və rejissoru Oleq Şommer, filmin qəhrəmanlarından biri olan Vüsalə Kərimova səhnəyə çıxıblar.

Filmin üzərində təxminən bir il işlədiklərini diqqətə çatdıran Oleq Şommer deyib ki, bu, onlar üçün təkcə film çəkilişləri olmayıb, bu ekran əsərinin yaradılmasında iştirak edən hər kəs ona öz qəlbinin bir parçasını qoyub. "İdeya Leyla Əliyevanın "Əgər hər kəs özünü yaxşı insan hesab edirsə, niyə ətrafda bu qədər pislik var?" sualından yarandı", - deyən rejissor qeyd edib ki, filmin mövzusu olan Xeyir və Şər əbədi mövzudur. İnsanlar hər zaman Xeyirlə Şərin qarşıdurmasında Xeyirin necə qalib gəlməsini düşünüblər. Dünyanı bürüyən təcavüzkarlığın artıq həddi keçdiyini qeyd edən Oleq Şommer məhz buna görə bu mövzuya müraciət etdiklərini bildirib. O deyib ki, filmin qəhrəmanları Şərlə mübarizə aparır və çox hallarda qalib gəlirlər. Lakin "ruhun xərçəngi" kimi bir anlam var və ona qalib gəlmək o qədər də asan deyil, çünki onun heç bir resepti yoxdur. Bu zaman isə filmin qəhrəmanları olan uşaqlar həyatın çətinlikləri ilə üz-üzə gələrək böyüklərin qarşısında cəsarət, nikbinlik və müdriklik nümunəsi göstərirlər.

Filmin qəhrəmanlarından birinin səhnədə dayanan Vüsalə Kərimova olduğunu deyən rejissor qeyd edib ki, bu qızda olan həyatsevərlik hamı üçün nümunədir. Oleq Şommer filmin nümayişindən əldə edilən vəsaitin həm də bu filmə bu gün zalda tamaşa edən uşaqların müalicəsinə sərf olunacağını vurğulanıb. Rejissor Heydər Əliyev Fonduna və Bakı Media Mərkəzinə xüsusi təşəkkürünü bildirib.

Təqdimat mərasimində çıxış edən filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva ekran əsərinin əhəmiyyətindən danışıb: "Bu filmin Xeyir və Şər haqqında olduğunu demək istəmirəm, film Xeyir haqqındadır. Ona görə ki, dünyada ən böyük qüvvə - sevgi, xeyir və inamdır. Bu filmi hər kəs özünün istədiyi kimi qəbul edəcək. Ümidvaram ki, hər kəs orada özünə aid olan məqamlar görəcək", - deyən Leyla Əliyeva heç kəsin heç bir cəhətdən başqalarından yaxşı və ya pis olmadığını vurğulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti əminliklə söyləyib ki, hər kəsin bu həyatda öz rolu var və biz kiməsə kömək edəndə özümüzə kömək edirik. Eyni qayda ilə biz kimisə hətta fikrən də olsa incidəndə, ilk növbədə, özümüzü incidirik. Film üzərində işləyənlərə minnətdarlığını bildirən Leyla Əliyeva hamını ekran əsərini izləməyə dəvət edib.

Filmin süjet xətti Xeyir və Şər üzərində qurulub. Xeyir və Şərin əbədi qarşıdurmasında Xeyirin qalib gəlməsi üçün nə etmək lazımdır? Filmin qəhrəmanları bu suala cavab verməyə çalışırlar. Onların arasında 20 ildən çox həbsxana həyatı yaşayan və hazırda hər gününü yaxşılıq etməklə başlayan, bununla da "iblislər"in yenidən ona hakim olmamasına çalışan şəxsi görürük. Eyni zamanda, filmdə həkimlər uşaqları onkoloji xəstəlikdən xilas edərək aydın şəkildə Şərlə mübarizə aparırlar və çox hallarda qalib gəlirlər.

Ekran əsərinin digər qəhrəmanı əlil arabasında gəzməsinə baxmayaraq, normal həyat tərzi yaşayır: ali məktəbdə oxuyur, bal rəqsləri ilə məşğul olur, Olimpiya Oyunlarına hazırlaşır, paraşütdən tullanır, bununla da cətinliklərin öhdəsindən gələ bilir.

Filmdə əsərləri 50 dilə tərcümə olunan fransız yazıçı və dramaturq Erik Emmanuel Şmittin həyatı dəyərləndirməyə dair müsahibəsi də yer alıb. Beləliklə, film həyatın həqiqi dəyərlərindən bəhs edərək, hər kəsin Şərə qarşı bir peyvənd vurdura biləcəyi, "həyatı daha gözəl etmək hər birimizin əlindədir" fikrini çatdırır.

Təqdimat mərasimində Bakının və Moskvanın uşaq evlərinin sakinləri də iştirak ediblər.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun həyata keçirdiyi "Uşaq diplomatiyası" proqramı çərçivəsində Moskvadakı "Naş dom" adlı ailə tərbiyəsinə dəstək mərkəzinin Bakıya gəlmiş yetirmələri və Bakının uşaq evlərinin sakinləri ilə görüşdü, onlarla səmimi söhbət etdi və uşaqlara uğurlar arzuladı.

Moskvadan gələn uşaqlar üçün Bakıda keçirəcəkləri 8 gün ərzində maraqlı proqram hazırlanıb. Onlar ölkəmizlə daha yaxından tanış olmaq və həmyaşıdları ilə dostluq əlaqələri qurmaq imkanı qazanacaqlar. Proqram çərçivəsində bu ilin yay aylarında Azərbaycanın uşaq evlərinin sakinləri Rusiya paytaxtında olublar.

Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqları hər zaman qayğısı ilə əhatə edib. "Uşaq diplomatiyası" proqramı da bu istiqamətdə görülən işlərdən biridir. Belə addımlar isə "Pəncərədən düşən işıq" filminin mövzusuna yaxın olan xeyirxahlığın, "Gəlin yaxşılıq edək" şüarının gerçəkləşməsinə yönəlib. Çünki xeyirxahlığı əzələ kütləsi kimi artırmaq mümkündür. Yaxşı olmaq çox çətin olsa da bu, həyatda sakit, vicdanla yaşamaq üçün yeganə çıxış yoludur. Film məhz bu fikirlərin təbliğinə yönəlib.

Leyla Əliyeva "Pəncərədən düşən işıq" filminin təqdimatında - FOTOLARLeyla Əliyeva "Pəncərədən düşən işıq" filminin təqdimatında - FOTOLARLeyla Əliyeva "Pəncərədən düşən işıq" filminin təqdimatında - FOTOLARLeyla Əliyeva "Pəncərədən düşən işıq" filminin təqdimatında - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1260   Tarix: 18 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 371
.

İşi məhkəmədə olan klinikadan daha bir şikayət - Pasiyentin burnu çirk edib (FOTO+VİDEO)

"Laser Beauty Clinic" barəsində daha bir şikayət daxil olub. "Unikal"a müraciət edən pasiyent Gülya Məmmədova iddia edir ki, "Laser Beauty Clinic"də kosmetoloq Rəna Soltanova ona burun dolğusu etdikdən sonra burnu çirk etməyə başlayıb. Burun dolğusu üçün 350 manat pul ödədiyin

10:11 545
.

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universitet

11:53 197
.

Qaribaşvili: Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər. "Report"un yerli bürosu xəbər verir ki, bunu hakim "Gürcü Arzusu" Partiyasının sədri İrakli Qaribaşvili bildirib. "Əgər bizə desələ

15:29 0
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 470
.

Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər

"Aİ Gürcüstanın ittifaqa daxil olmasına hələ hazır deyil, lakin belə bir zaman yetişərsə, respublika hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa biləcək". Bunu hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının sədri, Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvil

17:10 0
.

Elza Seyidcahan Cavanşir Məmmədov haqqında: "Dahi sənətkar idi" - VİDEO

"Çox gözəl insan idi. Məclislər yaraşığı idi". xəbər verir ki, bu sözləri bu gün dünyasının dəyişən Əməkdar artist Cavanşir Məmmədov haqqında danışarkən müğənni, Əməkdar artist Elza Seyidcahan deyib. O vəfat xəbəri barədə məlumatı jurnalistlərdən aldığını deyib. "Evdən çıxırdım ki, jurnalis

14:50 0
.

Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - FOTOLAR

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, təhlükəsizlik tədbirləri görülür. 17:24. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərini

17:39 0
.

Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - CANLI YAYIM

Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb. -ın məlumatına görə, o, Yasamal qəbiristanlığında dəfn ediləcək. Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək

14:06 466