Uşaqlara ən çox bu adlar qoyulur: Dini adlar siyahıda yenə ilkdir - SİYAHI

Uşaqlara ən çox bu adlar qoyulur: Dini adlar siyahıda yenə ilkdir - SİYAHI

Azərbaycanda bu ilin 9 ayında doğulan körpələrə yenə də ən çox Yusif (2212) və Zəhra (2054) adları verilib.

BiG.AZ xəbər verir ki, report Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, daha çox verilən adlar arasında Nuray (1652), Hüseyn (1472), Əli (1603), Fatimə (1125), Zeynəb (1203), Aylin (1148), Ömər (1225), Məhəmməd (1090), Ayan (831), Murad (968), Məryəm (1217), Mələk (1106), Xədicə (682), Ayxan (829), Mədinə (706), Uğur (1149), Dəniz (1096), Leyla (666), Gülay (561), İbrahim (661), Tunar (685), Fidan (510), Kənan (499), Səma (602), Nihad (471), Nəzrin (445), Yağmur (468), Həsən (450), Ümid (555), Fərid (433), İnci (572) kimi adlar yer alıb.

Bu ilin 9 ayı ərzində Emil, Rəsul, İsmayıl, Aysu, Ramal, Mehdi, Əsma, Amin, Nihat, Nərmin, Banu, Aydan, Ayla, Nicat, Nərgiz, Nigar, Sadiq, Damla, Raul, Nazlı, Tuncay, Turan, Elcan, Cahid, Elmir, Aysun, Sənan, Aytac, Sevinc, Əkbər, Aişə, Adəm, Emin, Nilay, Günay, Lalə, Fuad, Sübhan, Əsmər, Arzu, Süleyman, Rüqəyya, Gülər adları da üstünlük təşkil edib.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1491 Tarix: 18.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol