Azərbaycanda baş verən yol qəzalarının sayı AÇIQLANDI: Yol polisi çox narahatdır - STATİSTİKA

Azərbaycanda baş verən yol qəzalarının sayı AÇIQLANDI: Yol polisi çox narahatdır - STATİSTİKA2017-ci ilin 9 ayı ərzində respublikada 1334 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 554 nəfər dünyasını dəyişib, 1260 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Paytaxt Bakının payına düşən 450 yol qəzasında 139 nəfər həlak olub, 392 nəfər isə xəsarət alıb.

Azərbaycanda baş verən yol qəzalarının sayı AÇIQLANDI: Yol polisi çox narahatdır - STATİSTİKABu haqda BiG.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov danışıb.

Azərbaycanda baş verən yol qəzalarının sayı AÇIQLANDI: Yol polisi çox narahatdır - STATİSTİKABölmə rəisinin sözlərinə görə, ötən ilin analoji dövrü ilə müqayisədə ölkə üzrə yol qəzalarının sayında 165 azalma olub. Nəticədə 17 ölüm, 295 xəsarət faktı azalıb.

Bakı şəhəri üzrə yol-nəqliyyat hadisələrinə gəlincə isə, Vaqif Əsədov qeyd edib ki, ümumiyyətlə, son illər həm hadisələrin, həm də ölüm və xəsarət hallarının sayında azalma müşahidə olunur:

"Elə təkcə onu demək kifayətdir ki, 2013-cü illə müqayisədə ötən il paytaxtdakı yol qəzalarının statistikasında 327 hadisənin, o cümlədən 150 ölüm, 309 xəsarət faktının azaldığı qeydə alınıb. Bu çox müsbət tendensiyadır və bizi çox sevindirir. Bütün bunlar yol polisinin məqsədyönlü tədbirlər görməsi, müasir texnologiyaların tətbiqi və ictimaiyyət arasında düzgün təbliğat aparılması nəticəsində əldə olunub".

Son 5 ildə Bakıda baş vermiş yol qəzalarının statistik təhlili:

Azərbaycanda baş verən yol qəzalarının sayı AÇIQLANDI: Yol polisi çox narahatdır - STATİSTİKAOnun sözlərinə görə, bu ilin 9 ayında Bakıda yol-nəqliyyat hadisələrinin 95-i (ümumi hadisələrin 21,1% -i) sürət həddinin aşılması səbəbindən baş verib. Nəticədə 52 nəfər (37,4 %) ölüb, 53 nəfər (13%) yaralanıb.

Qarşı zolağa çıxmaqla ötmə, manevretmə qaydalarının pozulması səbəbindən 212 yol qəzası baş verib. Nəticədə 51 nəfər ölüb, 207 nəfər yaralanıb.
Yol ayrıclarının keçmə qaydalarının pozulması səbəbindən baş vermiş 33 hadisə nəticəsində 4 nəfər ölüb, 42 nəfər xəsarət alıb.

Azərbaycanda baş verən yol qəzalarının sayı AÇIQLANDI: Yol polisi çox narahatdır - STATİSTİKALakin yol polisini daha ciddi narahat edən məqam piyadaların vurulması ilə bağlı baş verən hadisələrin sayının artmasıdır:

"Belə ki, bu il piyadavurmalar artaraq ümumi hadisələrin 67%-ni təşkil edib. Halbuki, əvvəlki illərdə bu göstərici təxminən 50-55 % arasında dəyişirdi. Bu il baş vermiş 302 belə yol qəzası nəticəsində 100 nəfər ölüb, 213 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Piyada vurmaları ötən ilin 9 ayı ilə müqayisə edəndə 17 hadisə, 8 ölüm faktı artıb, lakin 15 xəsarət faktı azalıb".

Azərbaycanda baş verən yol qəzalarının sayı AÇIQLANDI: Yol polisi çox narahatdır - STATİSTİKABaş verən piyadavurma hadisələrinin və bu zaman ölənlərin sayının artması bütün yol polisi əməkdaşlarını, ümumilikdə Daxili İşlər Nazirliyini ciddi narahat edir, həmçinin, təcili və təxirəsalmaz tədbirlərin görülməsini zəruri edir. Belə hadisələrin baş verməsinə səbəb isə əsasən, sürücü səhlənkarlığı və piyadaların diqqətsizliyidir. Bakıda 80-ə yaxın yeraltı və yerüstü piyada keçidinin piyadaların istifadəsinə verilməsinə baxmayaraq, hadisələr əsasən məhz həmin keçidlərin ətrafında baş verir. Piyada mədəniyyətinin zəif olması, onların yol hərəkəti qaydalarına əməl etməməsi bizi ciddi şəkildə düşündürür. Belə ki, 9 ay ərzində yol hərəkətinə qaydalarına əməl etməyən 83 minə yaxın piyada aşkar edilib və inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1605   Tarix: 18 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544