"WhatsApp"da yayılan bu mesaj təhlükəlidir – VİDEO

"WhatsApp"da yayılan bu mesaj təhlükəlidir – VİDEO

Son günlər “WhatsApp” istifadəçilərinə gözdən əlil uşağın fotosu göndərilir.

BiG.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, ardınca gələn səsli mesajda isə bu uşağın Almaniyada kor olaraq doğulduğu, “WhatsApp” şirkətinin hər paylaşıma görə 20 sent qazandığı və fotonun daha çox paylaşılacağı halda körpənin əməliyyat xərclərinin şirkət tərəfindən ödəniləcəyi bildirilir.

İKT üzrə mütəxəssis Samir Kərimov deyir ki, bu tip fotoların və mesajların paylaşılması ilə “WhatsApp” heç bir əlavə gəlir əldə etmir və şirkətin bu mesajlarla bağlı rəsmi açıqlaması var.

Samir Kərimovun sözlərinə görə, bəzi hallarda bu tip mesajlar xüsusi linklərlə göndərilir ki, həmin linklərə girən istifadəçilərin şəxsi məlumatları da oğurlana bilər.

İnsanların isə bu mesajlara yanaşması birmənalı deyil.

Mütəxəssislər bildirir ki, bu tip saxta mesajların qarşısını almaq elə istifadəçilərin öz əlindədir. Bu məlumatları paylaşmaq lazım deyil.

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3476 Tarix: 17.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
olmus_arzular
olmus_arzular 18.10.2017



 
Cesika
Cesika 18.10.2017
Bele paylawim gondermekle yaxsi pullar qazanilir amma gunahdi.
Kimisi torpaq qeder qiymetli,kimisi 1ot qeder gereksiz!
Her kes yawayir 1wekilde kimisi WEREFLI kimisi WEREFSIZ


 
cangudan007
cangudan007 17.10.2017
Bizdə qohumlar lap statusa da qoyurlar adamin əti tökülür
☆☆☆☆