Tərtərdə şok hadisə - Ailəli oğlan daha bir qız qaçırdı + FOTO

Tərtərdə şok hadisə - Ailəli oğlan daha bir qız qaçırdı + FOTOTərtər rayonunda maraqlı hadisə baş verib. Həmin rayonun Azad Qaraqoyunlu kənd sakini 22 yaşlı Heydərli Şahnaz Rəşid qızı Azinforum.az-a açıqlamasında bildirib ki, həyat yoldaşı Qasımlı Vahid Arif oğlu onunla qanuni nigahda ola-ola evlənmək məqsədilə başqa bir xanımı qaçırıb:

" Həyat yoldaşımın da 22 yaşı var. Onunla həmyaşıdıq. 2014-ci ildə onunla ailə qurmuşuq. El adətilə toyumuz da olub. Sonradan qaynanam mənimlə yola getmədi, hətta verdikləri bütün qızılları əlimdən aldı. Həyat yoldaşımla qanuni nigaha da girmişəm, dini yolla kəsilən kəbinimiz də var. Bunu təsdiq edən bütün sənədləri sizə təqdim edirəm. Hazırda bu nigahdan bir qızımız var, bir neçə aydan sonra isə başqa uşağımız dünyaya gələcək. Bizim aramızda olan bütün narazılıqları qaynanam yaradırdı. Son vaxtlar mənim atam ağır xəstəlikdən əziyyət çəkməyə başladı, əməliyyat olundu. Mən tez-tez ona baş çəkməli olurdum. Buna da qaynanam narazılıq edirdi. Bu narazılığın nəticəsi olaraq mən bir müddət atam evində qalmalı oldum.

Keçən ayın 10-u mən toya gedəndə həyat yoldaşımla rastlaşdım. O mənə yalvararaq evə qayıtmağımı xahiş etdi, hətta dəyişəcəyinə, anasının sözü ilə məni incitməyəcəyinə də söz verdi. Qayıtdım, hər şey normal gedirdi. Ancaq qaynanam yenə yoldaşımı öyrədirdi və gördüm ki, cuzi bir detalın üstündə belə evdə mübahisə, dava-dalaş yaranır. Yoldaşım yenə məni danışdırmamağa başladı. Üstündə 20 gün keçəndən sonra qaynanam mənə dedi ki, evdə niyə oturubsan, bizə arvadlıq edəssən? Gördüm ki, yoldaşım da işlədiyi yerdə qalır və evə gəlmir. Məcbur qalıb yenidən atamın evinə qayıtdım. Dünən isə eşitdim ki, qanuni həyat yoldaşım olan həmin adam, mənimlə nigahda ola-ola, evlənmək məqsədilə başqa bir qızı götürüb Bakıya qaçırıb. Artıq polislər kənddə onu axtarmağa başlayıb. Əldə etdiyim məlumata görə, onun qaçırdığı xanım qaçqın rayonlarının birindəndi, müvəqqəti olaraq bizim rayonda məskunlaşıblar. Həmin qızın 20-yə yaxın yaşı var. Mən bu hadisəni biabırçılıq sayıram. Necə ola bilər ki, bir ata öz qanuni ailəsini, iki övladını atıb gedib başqasını qaçırır? Heç olmasa qanuni yolla ayrıldıqdan sonra bunu edərdi. Söz tapa bilmirəm. Onunla qoşulub qaçan qız görəsən bunu özünə necə sığışdırıb? Sadəcə rusvayçılıqdır".

Azinforum.az olaraq bildiririk ki, yazıda adları çəkilən hər bir şəxsin cavab haqqını tanıyırıq və onların mövqeyinə yer verməyə hazırıq.

Tərtərdə şok hadisə - Ailəli oğlan daha bir qız qaçırdı + FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 12205   Tarix: 15 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qəzzada ölənlərin sayı 32623 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı artıb. Bu barədə Fələstinin Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra məlumat yayıb. Kudra bildirib ki, son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağın

13:26 133
.

Siyam əkizlərindən biri evləndi

Siyam əkizləri Abbi və Britani adlı siyam əkizlərindən sol tərəfdə olan Abbi evlənib. xəbər verir ki, o, hərbçi Coş Bovlinq ilə ailə qurub. Cütlük 2017-ci ildə kilsədə tanış olublar. Coş digər əkizin də razılığını alandan sonra Abbiyə evlənmə təklif edib. Əkizlərin beldən aşağı orqanları və qan axın

16:22 326
.

Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

15:52 206
.

İsmayıl Tamoyev Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İsmayıl Tamoyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır

15:21 246
.

Azərbaycanda "Prius"un qiyməti kəskin ucuzlaşdı (FOTO)

Azərbaycanda istehsal ili 8 ildən çox olan "Toyota Prius"ların kütləvi satışına başlanılıb. BİG.AZ -a istinadən xəbər xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub. Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərl

13:15 421
.

Yeni qanun hansı taksi sürücülərinə şamil olunacaq ?

Azərbaycanda bundan sonra taksi minik avtomobilləri ağ və yaxud qırmızı rənglərdə olacaq. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"d

13:30 13
.

Almaniyada yanğın nəticəsində ölənlərin xatirəsi yad edilib - VİDEO

Almaniyanın Solingen şəhərində yerləşən 4 mərtəbəli binada yanğın baş verən yanğınla bağlı mərasim keçirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində eyni ailədən olan 4 nəfər ölüb. Onların Türk mənşəli Bolqarıstan vətəndaşları olduğu bildirilib. 1993-cü il mayın 29-da Solingen şəhərində evlərini

12:26 92
.

AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi. Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqd

12:54 238
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında"

13:19 244