30 yaşlı qadın oğlu ilə birlikdə YOXA ÇIXDI

30 yaşlı qadın oğlu ilə birlikdə YOXA ÇIXDI

Gəncədə 30 yaşlı qadın oğlu ilə birlikdə itkin düşüb.

BiG.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, cari il sentyabrın 4-də Gəncə şəhər sakini, 30 yaşlı Xəyalə İlyas qızı Əliyeva 3 yaşlı oğlu Ruzigar Əliyevlə birgə yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar.

Həmin qadının xarakterik əlamətləri belədir: boyu 156 santimetr, kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçlarının rəngi isə qaradır.

Evdən çıxarkən əynində qara rəngli şalvar, ağ və qara rənglərin qarışığı olan köynək və eyni rəngli çəkələk olub.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1177 Tarix: 13.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol