BAKIDA DƏHŞƏT: Betonqarışdıran maşın "VAZ"ın üstünə aşdı - FOTOLAR/YENİLƏNİB

BAKIDA DƏHŞƏT: Betonqarışdıran maşın "VAZ"ın üstünə aşdı - FOTOLAR/YENİLƏNİB

Bakıda metronun “Koroğlu” stansiyasının yaxınlığında betonqarışdıran maşın sürücünün ehtiyatsızlığı səbəbindən aşıb.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektindən Ziya Bünyadov prospektinə dönən yolda qeydə alınıb.

“Bakı Metropoliteni” QSC-yə məxsus, 90 JZ 947 dövlət nömrə nişanlı, “Man” markalı avtomobil İlman Abbasovun idarə etdiyi “VAZ 2107” markalı, 90 BA 041 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb.

Betonqarışdıran maşının sürücüsü İlqar Bayramovun yüngül xəsarət aldığı bildirilir.

BAKIDA DƏHŞƏT: Betonqarışdıran maşın "VAZ"ın üstünə aşdı - FOTOLAR/YENİLƏNİB
BAKIDA DƏHŞƏT: Betonqarışdıran maşın "VAZ"ın üstünə aşdı - FOTOLAR/YENİLƏNİB

17:33

Bu gün Bakı şəhərinin Sabunçu rayonu ərazisində dəhşətli yol qəzası baş verib.

BiG.Az lent.az-a istinadən xəbər verir ki, "Koroğlu" nəqliyyat qovşağında, Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospektini birləşdirən körpüdən beton qarışdıran ağırtonnajlı yük maşını aşıb. Hadisə zamanı kənardan hərəkət edən "VAZ" markalı minik avtomobili həmin yük maşınının altında qalıb.

İlikin məlumata görə, "VAZ"da olan bir nəfər hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Fotoları sosial mediada Sabirə Kazımova paylaşıb.

BAKIDA DƏHŞƏT: Betonqarışdıran maşın "VAZ"ın üstünə aşdı - FOTOLAR/YENİLƏNİB
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1959 Tarix: 13.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol