Milli Onkologiya Mərkəzi, IDEAL və Estee Lauder birgə süd vəzi xərçəng ilə mübarizə aparır - FOTO

Milli Onkologiya Mərkəzi, IDEAL və Estee Lauder birgə süd vəzi xərçəng ilə mübarizə aparır - FOTO

Hər ilin oktyabrı ümumdünya süd vəzi xərçəngi ilə mübarizə ayı kimi qeyd olunur. Günümüzdə hər 8 qadından birinin düçar olduğu bu dəhşətli xəstəliklə mübarizə kampaniyalarına bir çox təşkilatlar, şirkətlər və brendlər qoşulur.

Bu il 14 Oktyabr tarixində Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi və İDEAL-ın təşəbbüsü ilə qadın süd vəzi xərçəngi ilə mübarizə kampaniyası keçiriləcək. Kampaniya İDEAL-ın Gənclik Mall, 28 Mall, Elmlər Akademiyası (Hüseyn Cavid 528) Nərimanov (Ağa Neymətulla 42), H.B. Əliyev 9, Nizami küç.64, və Park Bulvar filiallarında Estee Lauder brendinin dəstəyi ilə baş tutacaq.

Estee Lauder şirkəti 1992-ci ildən qadın süd vəzi xərçəngi ilə mübarizə kampaniyası keçirməyə başlayıb və bunu çəhrayı lentlə simvolizə edib. Bu kampaniya ərzində də İDEALüzvlərini çəhrayı lentlərlə təmin edəcəklər.

Korporativ sosial məsuliyyət layihələrinə ciddi dəstək verən İDEAL şirkəti xəstəliklə mübarizə aparanları diqqətdən kənarda qoya bilməzdi. Odur ki, qeyd olunan filiallarımıza yaxınlaşmaqla kampaniya haqqında geniş məlumat alıb öz ətrafınızdakıları da xəbərdar edə və bizə yardımçı ola bilərsiniz.

Kampaniyanın başlıca məqsədi bu xəstəlik haqqında məlumatlılığı artırmaq, diqqəti cəlb etməklə erkən aşkarlanma və müalicəni vaxtında təmin etməkdir.

Milli Onkologiya Mərkəzi, IDEAL və Estee Lauder birgə süd vəzi xərçəng ilə mübarizə aparır - FOTO
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 646 Tarix: 13.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol