Sənəti tərk etmək istəyən Məleykə Əsədova: "Bundan sonra vəkilim sizinlə danışacaq"

Sənəti tərk etmək istəyən Məleykə Əsədova: "Bundan sonra vəkilim sizinlə danışacaq"

Azərbaycanın xalq artisti Məleykə Əsədova son dönəmlər haqqında yayılan xəbərlərlə bağlı APA-ya müsahibə verib.

BiG.AZ xəbər verir ki, xalq artisti Məleykə Əsədova müsahibəsi zamanı son günlər mətbuatda yayılan söz-söhbətlərdən bezdiyini, hətta sənəti buraxmaq fikrinə düşdüyünü də bildirib: "Mənim haqqımda dedi-qodu yaymasınlar. Vallah, reklama ehtiyacım yoxdur. Mənə daş atırlar ki, yada düşsünlər. Son zamanlar o qədər yorulmuşam, sənəti tərk etməyi düşünürdüm. Heç kim ailəmə daş atmasın. Axı mən kimə nə etmişəm?".

Həmçinin sənətçi bundan sonra haqqında yazanlarla vəkiilinin danışacağını bildirdi: "Saytlar çoxaldı, hamı jurnalist oldu, mən də bunun əzabını çəkirəm. Söz atanlara hər zaman demişəm ki, məhkəməm Allahdır. Amma bundan sonra hər kəslə vəkil vasitəsi ilə hesablaşacağam. Vəkilim Tağı Hüseynovla razılaşmışam. Bundan sonra kim mənə daş atsa, saytlarda mənfi fikirlər yazsa, onunla vəkilim danışacaq. ”


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1649 Tarix: 13.10.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 13.10.2017
özü biler.hara gedirsen get de
Dalğaların arasında qərq olub yetim qalmış damcılarla məhv olmaq kimi idi bu.


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər