Bacısına Facebookda mesaj yazan oğlanı görüşə çağırdı, öldürdü - FOTO

Bacısına Facebookda mesaj yazan oğlanı görüşə çağırdı, öldürdü - FOTO

Bacısına mesaj yazan şəxsi öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynovun barəsində olan hökmdən prokuror tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

BiG.AZ lent.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Hakimlər kollegiyasının qərarına əsasən, prokurorun apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, qətl 2016-cı il dekabrın 14-də Bakının Nəsimi rayonunda "Memar Əcəmi" metrostansiyasının qarşısında baş verib. M.Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb. Daha sonra qısqanaraq Ə.Muxtarovla haqq-hesab çəkmək qərarına gəlib. O daha sonra başqa qız adı ilə profil açaraq bacısı ilə danışan şəxsə yazmağa başlayıb. Bir ay sürən danışıqlardan sonra nəhayət ki, onu görüşməyə razı sala bilib. "Memar Əcəmi" metrostansiyasının qarşısında baş tutan görüş zamanı tərəflər arasında mübahisə düşüb və M.Hüseynov Ə.Muxtarovu bıçaqlayaraq qətlə yetirib.

Onu da əlavə edək ki, M.Hüseynov Bakı Biznes Kooperasiya Kollecinin birinci kurs tələbəsi olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Hüseynov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş isə apellyasiya şikayəti verib.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 7512 Tarix: 13.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
cangudan007
cangudan007 13.10.2017
Baci cippildiyir əzabin qardaş çəkir
☆☆☆☆

 
_Galatasaray_Awk
_Galatasaray_Awk 13.10.2017
Ulush menim komentime cavab yazma sen bildin?? Get erive qulluq ele menim komentime cavab yazdiqiva
ULUSH
ULUSH 13.10.2017
Bu guya kiwilik eleyibde. Yaziwmaq ayib deyil ay cahil insanlar
_Galatasaray_Awk
_Galatasaray_Awk 13.10.2017
Men feysdede , okrudada , instada , catlardada qizlarla yazwram ve goruwurem.coxsuylada opuwurem bu onlari oldurmeye haqq vermir amma
AykaKami
AykaKami 13.10.2017
Ele ogulsan bacıva sahib cixda goyma girsin facede ne iti azıbki qizin