ATV-də daha bir kadr dəyişikliyi: Yeni xidmət rəisi TƏYİN EDİLDİ - FOTO

ATV-də daha bir kadr dəyişikliyi: Yeni xidmət rəisi TƏYİN EDİLDİ - FOTO

Xəbər verdiyimiz kimi, ATV-nin prezidenti Vüqar Qaradağlının işdən çıxarılmasından sonra kanalın idarəçiliyi CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.

BiG.AZ unikal.org-a istinadən xəbər verir ki, Azər Xəlilov dünən ATV kanalının mühafizə xidmətinin rəisi Azər Hacıyevi vəzifəsindən azad edib. Onu növbə rəisi vəzifəsinə təyin edib.

Azər Xəlilovun digər əmri ilə, ATV-də növbə rəisi vəzifəsində çalışan Rüfət adlı şəxs xidmətin rəisi vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Azər Hacıyev bundan əvvəl Lider TV-nin mühafizə xidmətində çalışıb. Vüqar Qaradağlı ATV rəhbərliyinə gəldikdən sonra, ona kanalda mühafizə xidmətinin rəisi vəzifəsi verib.

ATV-də daha bir kadr dəyişikliyi: Yeni xidmət rəisi TƏYİN EDİLDİ - FOTO
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1963 Tarix: 13.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol