Azərbaycanda TV və radio yayımı DAYANDIRILACAQ

Azərbaycanda TV və radio yayımı DAYANDIRILACAQ

Oktyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika keçiriləcək.

BiG.AZ xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Profilaktika ilə əlaqədar olaraq telekanal və radiostansiyaların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, kompleks profilaktika bütün avadanlıqların texniki vəziyyətinin yoxlanılmasını nəzərdə tutur. Prosedur texniki problemlərlə qarşılaşmamaq baxımından zəruridir.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1367 Tarix: 13.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol