Yol polisinə lezva çıxaran sürücü və sərnişin həbs edildi: Hərəsinə 30 sutka - FOTO

Yol polisinə lezva çıxaran sürücü və sərnişin həbs edildi: Hərəsinə 30 sutka - FOTO

Oktyabrın 10-da, saat 16.20 radələrində Bakıda yol polisləri ilə sürücü və sərnişin arasında insident yaşanıb.

BiG.AZ avtosfer.az-a istinadən xəbər verir ki, “Tofas” markalı, 90 TJ 288 dövlət nömrə nişanlı avtomobil yol polisi tərəfindən saxlanılıb. Onu Cavadxan küçəsində 99 YP 402 saxlatdırıb. Buna səbəb isə avtomobilə aid ödənilməyən cərimələrin olması və rəngli şüşələrin quraşdırılması olub. Lakin sürücü yol polisinə tabe olmayaraq düz saat onların vaxtını alıb. Belə ki, sürücü - Beyləqan rayon sakini, 26 yaşlı İsayev Ruslan Astan oğlu və onun sərnişini – Saatlı rayon sakini, 28 yaşlı Əliyev Əlikram Ramiz oğlu maşının qapılarlnı bağlayaraq polisə tabe olmayıblar. Sonra isə məsuliyyətdən yayınmaq üçün lezva çıxararaq özlərinə xəsarət yetirəcəklərini deyiblər. Bununla da heç nəyə nail ola bilməyən gənclər təxminən 4 saatdan sonra maşından düşərək qaçmağa çalışarkən əraziyə dəvət olunmuş əməliyyat qrupu tərəfindən yaxalanıblar. 19-cu polis bölməsinə təhvil verilən gənclərin barəsində toplanmış materiallar Nəsimi rayon Məhkəməsinə göndərilib. Məhkəmə oktyabrın 11-də hər iki gəncin xuliqanlıq əməllərinə qiymət verib. Belə ki, Ruslan İsayev və Əlikram Əliyev 30 gün inzibati qaydada həbs cəzasına məhkum edilib. Onların hər ikisi Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə göndərilib.

Yol polisinə lezva çıxaran sürücü və sərnişin həbs edildi: Hərəsinə 30 sutka - FOTO
Yol polisinə lezva çıxaran sürücü və sərnişin həbs edildi: Hərəsinə 30 sutka - FOTO
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 445 Tarix: 13.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol