Salyandakı intiharın dəhşətli səbəbi — atası kasıb ailənin qızını almağa icazə vermirmiş

Salyandakı intiharın dəhşətli səbəbi — atası kasıb ailənin qızını almağa icazə vermirmiş

İki gün öncə Salyan rayonunun Xıdırlı kəndində baş verən intihar hadisəsinin bəzi detalları məlum olub.

BiG.AZ ölkə.az-a istinadən xəbər verir ki, özünü asaraq intihar edən 21 yaşlı kənd sakini Əsədov Emin Məhərrəm oğlu atasına etiraz əlaməti olaraq bu yola əl atıb.

Belə ki, imkanlı ailənin övladı olan Əsədov kasıb ailədən qız istəyirmiş. Ancaq atası bu izdivacın baş tuta bilməyəcəyini bildirib və ata-bala arasında mübahisə yaranıb. Mübahisədən bir müddət sonra Emin Əsədov həyətlərindəki tövlədə özünü asaraq intihar edib.
Qeyd edək ki, faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1107 Tarix: 13.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
AykaKami
AykaKami 13.10.2017
Ele atadansa 5 manat pulum olsun