İsveçdə silahlı hücum — 7 yaralı var

İsveçdə silahlı hücum — 7 yaralı var

İsveçin Trelleborq şəhərində bir market silahlı hücuma məruz qalıb.

Açılan atəş nəticəsində ən azı 7 nəfər xəsarət alıb. Bu barədə xəbəri İsveçin dövlət televiziyası yayıb. Xəbərdə bildirilir ki, ölkənin cənubundakı Trelleborq şəhərində silahlı insident baş verib.

Polisin mətbuat xidməti isə hücum nəticəsində 4 nəfərin yaralandığını bildirib. Xəstəxanada müalicə olunan yaralıların vəziyyəti barədə heç bir məlumat verilməyib.
İsveç televiziyasına xəbər verən hadisə şahidi bildirib ki, 6 dəfə atəş səsi eşidilib. Bir çox insan qurtulmaq üçün ətrafa səpələnib.

mənbə: olke.az

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 369 Tarix: 13.10.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər