Sürücülərin diqqətinə! Bu yolda sürət həddi azaldıldı - RƏSMİ

Sürücülərin diqqətinə! Bu yolda sürət həddi azaldıldı - RƏSMİ

Faktiki hava şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə paytaxtın əsas magistral yolları Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə BiG.AZ-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib: “Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olan zaman hava şəraitini nəzərə almaqla sürət həddinə əməl etsinlər”, - deyə məlumatda vurğulanıb.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 400 Tarix: 13.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol