İlham Əliyev və Serj Sarkisyan gələn həftə görüşəcək

İlham Əliyev və Serj Sarkisyan gələn həftə görüşəcək
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan gələn həftə Cenevrədə görüşəcək.

Ölkə.az xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının iclası zamanı deputatı Armen Aşotyan bildirib. Onun sözlərinə görə, əsas müzakirə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə olacaq.

“Ermənistanın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyi bəllidir. İnanırıq ki, Azərbaycan tərəfi də bu məsələdə mühüm addımlar atacaq”, - deyə A.Aşotyan bildirib.
Prezidentlərin görüşü ilə əlaqədar Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan da açıqlama verib. O, açıqlamasında Ermənistanın bu görüşdən çox böyük nəticələr gözlədiyini deyib. Onun sözlərinə görə, Sarkisyan bu görüşə mütləq qatılacaq.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 372 Tarix: 12.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol