"Rusiyanın içərisində açılmamış bombalar var ki, qəfil partlaya bilər"

"Rusiyanın içərisində açılmamış bombalar var ki, qəfil partlaya bilər"

Böyük Britaniyanın Avropa üzrə naziri Dunkan yeni açıqlama verib.

BiG.AZ xəbər verir ki, Dunkan Kataloniyadakı müstəqillik referendumunun qeyri-qanuni olduğunu bildirib. İngiltərəli nazir deyib: “Bu referendum qeyri-qanuni idi və hüququn üstünlüyünü şübhə altına alan bir cəhd idi. Bu səbəbdən heç bir müstəqillik elanını tanımayacağıq”.

İspaniyanın Londondakı səfirini qəbul edən Dunkan görüşdən sonra Kataloniyadakı müstəqillik referendumun aid yazılı açıqlama verib. Dunkan qeyd edib ki, səsvermə ispan məhkəmələrinin bildirdiyi kimi İspaniya qanunları və Konstitusiyaya uyğun keçirilməyib və qeyri-qanunidir.
Azərbaycanlı siyasətçilər düşünürlər ki, Böyük Britaniya hökumətinin Kataloniya məsələsinə belə reaksiya göstərməsi təbii haldır. Politoloq İlqar Altay ölkə.az-a açıqlamasında bildirib ki, dövlətin içərisində hansısa etnik qrupun müstəqillik əldə etməsi və bunun dəstəklənməsi bütün dünya ölkələri üçün problemlər yarada bilər. Onun sözlərinə görə, İspaniyada katalonların müstəqillik referendumu keçirməsi digər etnik millətlər üçün nümunə ola bilər.

“İngiltərənin özündə də belə problemlər var. Orada Şotlandiya, Şimali İrlandiya məsələsi var. Böyük Britaniya müxtəlif inzibati əyalətlərdən ibarətdir. Rusiyanın tərkibində katalonlar kimi çoxlu xalq var. Həmin xalqlar ayağa qalxa bilərlər. Rusiyanın içərisində açılmamış bombalar var ki, qəfil partlaya bilər. Diqqət edək ki, Dağlıq Qarabağ münaqişəsindən sonra Abxaziya, Cənubi Osetiya problemləri yarandı. Sonradan Ukraynaya keçdi. Kataloniya məsələsi də Avropada yayıla bilər”, - deyə İ.Altay bildirib.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1104 Tarix: 12.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol