Bakının məşhur xəstəxanasında su kəsildi: BORCA GÖRƏ

Bakının məşhur xəstəxanasında su kəsildi: BORCA GÖRƏ

M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (Eksperimental xəstəxana) bir neçə gündür, su gəlmir.

BiG.AZ-ın xəbərinə görə, bu barədə vəkil Aslan İsmayılov məlumat verib.

O bildirib ki, xəstəxanaya gün ərzində 2 dəfə 30 dəqiqə su verilir, günün qalan saatlarında isə su olmur. Buna səbəb kimi xəstəxananın suya külli miqdarda borcu olduğu göstərilir.

Medicina.az məsələ ilə bağlı ətraflı məlumat almaq üçün xəstəxana ilə əlaqə saxlayıb. Xəstəxananın təsərrüfat məsələləri üzrə məsul şəxsi Əmir müəllim faktı təsdiqləyib, lakin ətraflı məlumat verməyib:

“Sizin və ya kimin nəyinə gərəkdir ki, burada su gəlir, ya yox? Borca görə 1-2 günlük problem yaranmışdı, borc ödəndikdən sonra suyun verilişi bərpa olunub”.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 955 Tarix: 12.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
sehirbaz
sehirbaz 13.10.2017
Yapışdırım Səhiyyəyə ki xəstəxanada əlacsız xəstələr susuz qalıb.


 
ataxanli
ataxanli 12.10.2017
bu da bizim sehiyyemiz
Profil bağlıdır