Dizellə işləyən maşınların sayı artır, benzinlə işləyən maşınları sayı isə ... - AÇIQLAMA

Dizellə işləyən maşınların sayı artır, benzinlə işləyən maşınları sayı isə ... - AÇIQLAMA

"Hazırda dünyada yeni bir tendensiya başlayıb. Getdikcə dizellə işləyən maşınların sayı artır, benzinlə işləyən maşınlar isə əksinə azalır".

BiG.AZ "Report"-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "Argus" beynəlxalq neft sammiti çərçivəsində sualları cavablandıran SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov deyib. Onun sözlərinə görə, Azərbaycanda da bu tendensiyanın güclənməsi mümkündür: "Təxmini hesablamalara görə, dizellə işləyən avtomobillərin sayı 1,5 dəfə artacaq. Ona görə, qorxmaq lazım deyil. Əgər bizim əlavə xammala ehtiyacımız olsa, onu yerli bazardan təmin etməyə çalışacağıq. Həmçinin, nefti xarici bazardan beynəlxalq qiymətlərə alıb onu emal edib ixraca yönəldə bilərik".
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 794 Tarix: 12.10.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
vetenperver
vetenperver 12.10.2017
Her barelden 1 $ rovneqindirse tebbidir xaricden neft almaga


 
Picasso
Picasso 12.10.2017
ozumuz dunyaya tonlarla neft satdigimiz halda biz niye xarici bazar xammal almaliyigki?